Qadin.NET / Evlilikdə problemləri necə həll etməli?

Evlilikdə problemləri necə həll etməli?

Evlilikdə problemləri necə həll etməli?
Evlilik
İki insanın sanki tək bir insana döndüyü bir anlayışdır. Hər kəs xoşbəxt həyat və özünə hər şəraitdə dəstək olan birinin yanında olmasını istər. 
Evlənmə mərhələsindən sonra cütlər bir-birləriylə yalnız həyat yoldaşı deyil, həm də dost olmaq məcburiyyətindədirlər. Əgər cütlüklər bir-biriylə çox şeyi paylaşa bilmirsə, deməli, burada bir problem vardır. Yəni həyat yoldaşınız sizinlə, siz də həyat yoldaşınızla yaxşı zaman keçirə bilmirsinizsə, evlilikdə yaşanacaq problemlər ardı-arda gəlməyə başlayacaq.
Bunun üçün "Evlilikdə problemlər necə həll edilməlidir?" sualına cavabda bir neçə təklif məsləhət görülür.
Evliliyinizdə problemlərinizi aşmaq istəyirsinizsə, ilk öncə dürüst olmalısınız, əslində bu, həyatın hər sahəsində belədir. Əgər siz qarşınızdakı adama duyğularınızı açıqca söyləyə bilmirsinizsə, deməli, burada bir problem var, belə davam etdikcə problemlər azalmaq yerinə gün keçdikcə daha da artacaq. Bunun üçün birinci şərtimiz qətiliklə bir-birinizə qarşı dürüst olmağa diqqət edin. 
Evlilikdə problemləri necə həll etməli?
Problemlərimizi aşmada ilk mərhələni keçdikdən sonra, problemin nə olduğuna, kimin nədən narahat olduğu mövzusuna gəlirik. Bu mövzu həqiqətən əhəmiyyətlidir. Əgər siz həyat yoldaşınızla gerçək problemləri təsbit etməkdə çətinlik çəkirsinizsə, demək münasibətləriniz daha da çətinləşməkdədir. Problemlərə kənardan başqa biri kimi baxın. Sanki bu problem sizin deyil, başqa bir insanındır və analiz edin, hansı səhvin kimdə olduğunu yaxşı təsbit etdikdən sonra həll və tətbiq mərhələsinə keçə bilərsiniz.
15 oktyabr 2011
GO BACK