Ər və arvad
Ər evə gec gəlir arvad: Hə, yeni məşugə tapmısan?
Ər evə tez gəlir arvad: Kim sənin əvəzinə işləyəcək, ay avara?
Ər çox işləyəndə - arvad: Hələ bilmək olmaz Sən işdə nə ilə məşğulsan!
Ər az işləyəndə - arvad: Heç ailəni dolandıra bilmirsən, ay yazıq!
Ər az maaş alanda arvad: Sənin aldığın maaşla, ailəmiz bir azdan dilənməyə başlayacaq!
Ər çox maaş alanda arvad: Belə maaşla, gör n qədər özünə xərcləyirsən!
Ər az işləyib çox maaş alanda arvad: Mən Sənin yanına həbsxanaya gəlməyəcəyəm!
Ər az maaş alıb çox işləyəndə - arvad: Sənin kimi axmaqları, rəislər əlinin altında yaxşı işlədir!
Ər az işləyib-az maaş alanda arvad: Gər arvadın nə gündədir! Adam arasına çıxmağa, bir normal geyim tapa bilmirəm!
Ər çox işləyib-çox maaş alanda arvad: O qədər əlinə pul gəlir, arvadın isə üçüncü ildi ki, eyni xəz paltoda gəzir. Qohum-qonşudan utanıram! Nə deyərlər!
Ər ev işlərində kömək etməyəndə - arvad: Anam məni Sənə qulluqcu verib?!
Ər ev işlərində kömək edəndə - arvad: Get, otur bir yerdə! Onsuzda əlindən heç nə gəlmir!
Ər gül dəstəsi hədiyyə etməyəndə - arvad: Ananın ad gününə qizilgül alırsan! Bəz mən?
Ər gül dəstəsi hədiyyə edəndə - arvad: Camaat arvadı üçün bağ-bağca alır, mənim ki, iki qotur süpürgə alıb, gəlib!
Əri xoş sözlər deməyəndə - arvad: Anam düz demişdi toydan sonra gözəl sözlər qurtaracaq!
Əri xoş sözlər deyəndə - arvad: Aha, bu sözləri Sənə kim öyrədib? Yaraları gəzirsən?
P.S. Hörmətli xanımlar!
Bu faktlar-psixoloqlar, sosioloqlar tərəfindən yığılıb Sizə təqdim olundu.
Bəlkə Sizdə bu hadisələrlə heç olmasa bir dəfə rastlaşmısınız?