HER OYUNDA ZƏRRƏ QƏDƏR HƏQIQƏT VAR ...
Bu oyuna cəmi 2 dəqiqə vaxt sərf edəcəksiz. Amma təəssüratlarınızdan gününüz şən və xoş keçəcək.
Qısa tə'limat:
Sizə gələm və kağız lazım olacaq;
Adları yazarkən intuisiyanıza etibar edin. O anda ilk düşündüyünüz insanın adını yazın.
Cavablara əvvəlcədən baxmayın. Siz axı özünüzə qarşı səmimisiz!
Hazırsız? Başladıq ...
1. 1dən 11 kimi alt-altda sıra yazın.
2. 1 və 2 rəqəminin yanında seçdiyiniz iki rəgəm yazın.
3. 3 və 7 rəqəminin yanında əks cinsdən olan insanın adını yazın.
4. 4,5 və 6 rəqəminin yanında dostlarınızdan, yaxınlarınızdan olan insanların adlarını yazın.
5. 8,9,10 və rəqəminin yanında sevdiyiniz mahnıların adlarını yazın.
6. Ürəyinizdə arzu tutun.
Oyunun açması
Bu oyun haqqında 2-ci bənddə qeyd etdiyiniz rəqəm qədər insana danışın.
3-cü bənddə qeyd etdiyiniz insana qarşı sevgi hiss edirsiniz.
7-ci bənddə qeyd etdiyiniz insana ehtiyacınız var, amma ona yaxın ola bilmirsiz.
4-cü bənddə qeyd etdiyiniz insanın qeydinə qalırsınız.
5- cü bənddə qeyd etdiyiniz insan Sizi cox yaxşı tanıyır.
6-cı bənddə qeyd etdiyiniz Sizə uğur gətirir.
8-ci bənddə qeyd etdiyiniz mahnı 3-cü bənddə yazdığınız insanı xatırladır.
9-cu bənddə qeyd etdiyiniz mahnı 7-ci bənddə yazdığınız insanı xatırladır.
10- cu bənddə qeyd etdiyiniz mahnı Sizin yaşadığınız bugünkü fikirləri əks etdirir.
11-ci bənddə qeyd etdiyiniz mahnı Sizin həyata münasibətinizi göstərir.
1-ci bənddə qeydiyiniz rəqəmin mənası yalnız Siz bilirsiniz. Ola bilsin bu rəqəmin Sizin həyatınızda xüsusi yeri var. Sirri Sizə aiddir.
Sehrbazlar möcüzələrə inanıb - onları gerçəkləşdirməyi bacarırlar.
Siz də bir anlıq öz həyatınızın Sehrbazı olub - xəyallarınıza çatın.
Sizə gözəl nağıla bənzər həyat yaşamağı arzu edirəm.