Hər səhər, hər həftə, hər gün eyni işləri görürük. Bu monotonluq hər kəsin probleminə çevrilib.
Monotonluq marafonu
Şəhərdə qaçmaq istəyi normaldır. Evdə və ya işdə eyni qoxu, rəng və işarələrə məruz qalmaq insanı yorur. Həmişə eyni yerdə olmaq da depresiya səbəblərindəndir. Soyuq-isti hava, gözəl-pis qoxu almaq, fərqli işarələr insanı depresiyadan qoruyur. İnsana yaşadığını hiss etdirir. Eyni atmosferdə olmaq insanı yora bilir. Çox işləyən insanlar həftə sonu dincəlmək istəyir.
Həll çətin deyil
Nə qədər yorğun olsanız da, gəzməyə çıxın. Fərqli yerlər, insanlar görün. Səyahət etmək çox mümkün deyilsə, həftədə bir kinoya getmək monotonluğu qıracaqdır. Həyatı dəyişdirmək psixoloji baxımdan faydalı olacaq.