Qadin.NET / Psixoloji məsələ

Psixoloji məsələ

PSİXOLOJİ MƏSƏLƏ

Yazıterapiya nədir?
Bu psixoloji metodikanı siz həm müstəqil,həm də psixoloqla birgə keçirə bilərsiniz.
Əgər narahatlıq, həyəcan hiss edirsinizsə - YAZIN.
Kağız, qələm götürüb yazmaga başlayın: aglınıza ilk gələn fikirləri, şuurlu korrektə etmədən, orfoqrafik qaydaları nəzərə almadan. Sadəcə, fikirlərinizi hərflər
ə çevirin. Egər fikirlərinizi sözlə ifadə etməkdə çətinlik çəkirsiniz, ele bu düşüncələrinizlə yazınıza başlayın. Məsələn, Hec bilmirəm nə yazım, Fikirlərim qarışıqdır, yə'ni, heç bir daxili tənqid olmadan, yazıda hər bir keçirdiyiniz hiss öz əksini tapsın. 

Sizdə belə bir sual yarana bilər? Bu üsul, metodika mənə nə cür təsir-kömək edə bilər? 
Psixoloqlar və psixoterapevtlər qeyd edirlər ki, yazıterapiya  Sizin psixikanız üçün istirahətdir. Beyin daim gərginlik, stress şəraitində işləyə bilməz. Mənfi emosiyalar, sarsıntılar, konfliktlər  psixi saglamlıq üçün çox ciddi nöqsandır. Bu göstəricilər insanı psixi xəstəliklərə gətirib cıxara bilər. 

Psixoloji məsələ

Çalışın keçirdiyiniz hisslər haqqında danışın  yazın, bu vasitə ilə Siz gəlbinizdəki lazımsız, mənfi yükdən qismən də olsa boşalacaqsız.
Yazılarınızda Sizi qıcıqlandıran, amma real həyatda cavab verə bilmədiyiniz insana, ürəyinizdən gələn cavabı yaza bilərsiniz. Nəticədə, hirsiniz soyuyacaq, və Siz daha sakit tərzdə yaranmış konflikt situasiyanı həll edə biləcəksiz.
Həyatınızın mənfi, neqativ anlarını kağıza köcürsəniz, reallıqda şən, sevincli məqamları yaşamağa daha çox imkan əldə edəcəksiz.
Psixoloqların fikrincə, yazıterapiya üsulu Sizə məqsədlərinizi reallaşdırmaqda böyük rol oynaya bilər. Planlarınızı, arzu-istəklərinizi konkret, ardıcıllıqla yazın. Ola bilsin bu gün yazdığınız arzulara, bir neçə gün sonra  tam əks münasibətiniz olacaq. İstək cədvəliniz dəqiqləşəcək  və Siz daha tez uğur eldə edəcəksiniz. 
Psixoloji məsələ

Yazıterapiya Sizə nəinki indiki həyatınızı tənzim etməkdə, hətta keçmış illərdə yaşadığınız mənfi hadisələrə münasibətinizi dəyişməkdə kömək edə bilər. Ürəyinizdə qalan ağır, sarsıdıcı, kədərli çöküntülər Sizə rahat tam həyat yaşamağa mane olurlar.
Sizə mənfi hisslər yarada bilən hər bir ehtimaldan azad olun!
Siz xoşbəxt olmağa layiqsiniz.
Qeyd olunduğu kimi, bu psixolojı metodikanı özünüz müstəqil keçirə bilərsiniz. Amma əgər özünüz haqqında daha çox bilmək istəyirsinizsə, və bəzi incə məsələləri psixoloqla birgə həll etmək isyirsinizsə, sadəcə

Psixoloqa məktub yazın.

30 mart 2010
GO BACK