Qadin.NET / Evlənmədən əvvəl

Evlənmədən əvvəl

Evlənmədən əvvəl

 Evliliklərdə bir çox fərqli psixoloji amillər rol oynayır və evlilik əlaqəsinin gələcəyini təyin edir. Cütlüklər bir-birlərini kifayət qədər tanımadan evlilik kimi ciddi bir məsuliyyətin altına girdikləri üçün bəzən bu məsuliyyətin öhdəsindən gələ bilmirlər. Evlilikdən əvvəl nəzərdə saxlanılması lazım olan bəzi əhəmiyyətli meyarlar vardır. Evlənməyi düşündüyünüz adamın aşağıda sadalanan xüsusiyyətləri evliliyinizin sağlam olub-olmadığını təyin edəcək: 

1. Evliliyə və həyata baxışı;

2. Gələcəkdə həyata keçirmək istədiyiniz işlərdə sizi dəstəkləyib-dəstəkləməyəcəyi;  
3. Cinsi həyata baxışı; 
4. Uşaq sahibi olmağa və uşaq yetişdirməyə baxışı; 
5. Öz ailəsiylə əlaqələri; 
6. Öz ana-atasının bir-biriylə olan münasibətləri; 
7. Peşəsi və iqtisadi vəziyyəti; 
8. Keçirdiyi xəstəliklər; 
9. Anasından asılı olub-olmadığı; 
10. Psixoloji probleminin olub-olmadığı; 
11. Şəxsi xüsusiyyətləri.

Buna görə də evlənmədən əvvəl bu meyarlar öyrənilməliı və evlənməyi düşündüyünüz adamla müzakirə edilməlidir.
Evlənmədən əvvəl bunları özünüzə sual verin: "Niyə evlənmək istəyirəm?" Bu, çox əhəmiyyətli sualdır. Ailədən qaçışmı, problemlərdən qaçışmı, gecikmə qorxusumu, uşaq sahibi olmaq istəmənizmi, yoxsa həqiqətən bir insanla evlilik bağıyla bağlanaraq bir ailəmi qurmaq istəyirsiniz? 

Evlənmədən əvvəl

 

"Niyə bu adamla evlənmək istəyirəm?" - Niyə başqa biriylə deyil, məhz bu insanla evlənmək istəyirsiniz? Bir-birinizi kifayət qədər yaxşı tanıyırsınızmı? Birlikdə eyni evin içində uzun illər bir-birinizi dəstəkləyərək yaşaya biləcəksinizmi? 

 "Necə bir həyat yoldaşı istəyirəm?" - Qoruyucu, müasir, ənənəvi, fədakar, sərbəst, fərqli düşüncəli, ananız kimi, atanız kimi və s. Evlənməyi düşündüyünüz insan həyat yoldaşı modelinizə uyğundurmu? Yoxsa evləndikdən sonra onu dəyişdirə biləcəyinizimi düşünürsünüz?

Cütlərin çoxu bir-birini tanıma dövründə mənfi xüsusiyyətlərini qarşı tərəfə heç bildirməz və hər zaman müsbət yönlərini şişirdilmiş bir şəkildə qarşı tərəfə təqdim edərlər. Halbuki, bizimlə evlənmək istəyən birinin bizmi hər yönümüzlə tanış olması çox əhəmiyyətlidir. Saxladığımız hər mənfi yönümüz evlilikdə ciddi müzakirə və uyğunsuzluq mövzusu kimi qarşımıza çıxacaq. Buna görə də evlənmədən əvvəlki nişanlılıq dövründə özünüzü olduğunuz kimi təqdim etməli və heç bir yönünüzü birlikdə olduğunuz insandan saxlamamalısınız.

"Həyata baxışımız paraleldirmi?" : Həyata bənzər bir pəncərədən baxa bilirsinizsə, bir-birinizi hər vaxt üçün doğru qəbul etməniz mümkündür. Siz hadisələrin həmişə müsbət yönünü, həyat yoldaşınız isə həmişə mənfi tərəfini görən bir xarakterdədirsə, bu fərqliliyiniz hər vaxt üçün qarşıdurmalara səbəb olacaq. 
Həyatı, insanları, hadisələri və varlıqları bənzər bir zəmində qəbul edə bilirsinizsə, demək, bir-birinizə uyğunsunuz.

22 avqust 2011
GO BACK