Bir alman psixoterapevti var. Adı Frederik Perlzdir. O, Geştalt-terapiyanın yaradıcısı və müəllifidir. Burada bir and vardır ki, "Geştaltistin duası" adını almışdır. Gəlin həmin bu "duaya" nəzər salaq:
***
"Mən öz işimi görürəm, sən isə öz işini görürsən.
Mən bu dünyada ona görə yaşamıram ki, sənin gözləntilərinə uyğun gəlim.
Sən də bu dnyada ona görə yaşamırsan ki, mənim gözləntilərimə uyğun gələsən.
Sən - sənsən.
Mən isə - mənəm.
Əgər bir-birimizin qarşısına çıxmaq baş tutubsa, bu gözəldir.
Əks təqdirdə, bir şey etmək mümkün deyil".
***
(Axırıncı iki hissəsi başqa cür də qeyd edilib:
Əgər bir-birimizin qarşısına çıxmaq təsadüfdürsə, bu gözəldir. Əks təqdirdə, qoy elə o cür də olsun)
Bu metod istənilən növ mühakimə və manipulyasiyanın qarşısını ala bilər. Həm də əgər birdən kimdənsə incisəz, yaxud kimsə sizin gözləntilərinizi doğrultmasa bunu oxuyun. Qeyd edirlər ki, bunu səsli oxuduqda tənhalığın yüngül şəkildə aradan getməsi hiss olunur. Sanki bu dünya ilə barışırsan... Hər dəfə kimdənsə incisəz, küssəz, bu sözləri yadınıza salın.
---------
Dəyərli inanclı dostlarım deyə bilər ki, İmam Əli ibn Hüseynin "Səhifeyi-Səccadiyyəsi" qala-qala bu nədir, paylaşırsan? Səbirli olun, dostlar. Mən nə etdiyimi bilirəm. Hər şeyin vaxtı var. Mənim məqsədim bütün məktəb və metodları ortaya qoymaq və ümumi baxış sərgiləməkdir. Allah bizə seçim etmək şansı veribsə, biz də ətrafa bunu verməliyik.
Farid Abdullah