Qadin.NET / Qoruyucu ruhunuzun sizə göndərdiyi 4 ismarıc

Qoruyucu ruhunuzun sizə göndərdiyi 4 ismarıc

 

 

Qərarsızlıq 

Həyatda bir istiqamət axtararkən sağ yoxsa sol deyə qərar vermək, yemək yeyərkən makaron yoxsa pizzanı seçmək və başqa şeylərə qərar vermək çətin ola bilər. Böyük ya da kiçik bir qərar qəbul edərkən, intuisiya sizə kömək edə bilər. Qərarsızlığa görə daima yerinizdə sayırsınızsa, qərar verməkdə çətinlik çəkirsinizsə, sizinlə əlaqə qurmağa çalışan daxili səsinizə etibar etməlisiniz. Qərar verməyə çətinlik çəkdiyiniz mövzü varsa, bu mövzu haqqında lazımi qədər məlumatınız olmadığının, həqiqətləri tam bilmədiyinizin işarəsi ola bilər. Tamamilə qərarsızsanız, dayanmaq və bir müddət gözləmək ən yaxşısıdır. Yaradandan sizə aydın bir yol göstərməsini istəyə bilərsiniz.

 

Qoruyucu ruhunuzun sizə göndərdiyi 4 ismarıc
 

 

 

Təsdiqlənmə ehtiyacı

Bir mövzu haqqında başqasında tövsiyə almaq yaxşı davranış olsa da, tanıdınığız hər kəsin düşüncəsini almaq təşvişinə girirsinizsə, bu sizin üçün təhlükəli ola bilər. Bu qərar qəbul edəndə daha çox təsdiqlənməyə ehtiyacınız olduğunu göstərir, bu daxili səsinizə və hissiyyatınıza etibar etmədiyinizi göstərir. Başqalarının fikirləri sizə cazibədar gələ bilər. Hamının fikrini almaq yaxşı vərdiş deyil, cavabı daxilinizdə axtarın.

 

Qoruyucu ruhunuzun sizə göndərdiyi 4 ismarıc

 

 

Tükənmişlik hissi

Tükənmişlik hissi keçirirsinizsə, daxili səsinizin sizə ismarıcı var demək. Bu adətən ətrafınızda səhv insanlar olduğu vaxtlarda ortaya çıxan bir xüsusiyyətdir. Eyni formada, bir otağa girərkən və ya bir küçədə gəzərkən bu hissi keçirə bilərsiniz. Özünüzü birdən yorğun və tükənmiş hiss edə bilərsiniz. Bu halda daxili səsinizə qulaq asmalısınız. Dua edib, mənəvi enerjinizi yüksəldə bilərsiniz.

 

Qoruyucu ruhunuzun sizə göndərdiyi 4 ismarıc

 

 

 

Dayandırmaq istəyi 

Ruhumuzun bizə verə ismarıc verdiyini göstərən bir halda dayandırmaq istəyidir. Nələrisə dayandırmaq və ya məsuliyyətdən xilas olmaq hissi keçirirsinizsə, nələrinsə doğru getmədiyini hiss edirsiniz demək. Bu halda dərindən nəfəs alın, daxilinizi dinləyin və atacağınız addımları müəyyənləşdirin.

 

Qoruyucu ruhunuzun sizə göndərdiyi 4 ismarıc

 

19 dekabr 2017
GO BACK