Qadin.NET / Qısqanclıq hissi nədən yaranır?

Qısqanclıq hissi nədən yaranır?

QISQANCLIQ HISSI NƏDƏN YARANIR?

Qısqanclıq sevginin gözəlliyini və cazibəsini zəhərləyərək məhv edir. Z.Freyd- alman psixoloqu
Qısqanclıq nədir, qısqanclıq nədən yaranır
?

Sevənlər nə üçün qısqanır?
Şübhəsiz, qısqanclıq dağıdıcı qüvvəyə malik olan bir hissdir.
Psixoloqlar sizə bu mənfi hissdən azad olmaq üçün çıxış yollarını təqdim edirlər.
1. Öz hisslərinizi anlamağa çalışın.
Birinci növbədə özünüzə etiraf edin ki, sevdiyiniz insanı qısqanırsız. Qoy, bu sizin üçün problemi həll etməkdə ilk mərhələ olsun. Əgər siz keçirdiyiniz mənfi hissləri qəbul etməsəz,onları olduğu kimi qiymətləndirməyi bacarmasaz, daim daxili narahatcılıq, əsəbilik keçirəcəksiniz.
2. Qısqanclığınızın səbəbini tapın.
Özünüzə sual verin: "Mən nəyə və nə üçün qısqanıram?" Bəlkə sizin rəqibiniz, sadəcə, yoldaşınızın işidir? Sevdiyi işə o, daha çox vaxt ayırır, nəinki sizinlə ünsiyyətə. Bu halda siz yalnız sevinə bilərsiz, çünki rəqibiniz cansızdı və ona qalib gəlmək asan olacaq.
Amma adətən iş yerinə böyük həvəslə getmənin səbəbi daha dərin olur. Nəzərə alsanız ki, bu yaxında onların ofisində yeni xanım işçi peyda olub, onda işiniz çətinləşə bilər. Çunki bu halda rəqibiniz canlıdır və güman etmək olar, gözəldir. Mütləq yoldaşınızla fərziyyələrinizlə bölüşün. Onu vəfasız, sədaqətsiz olmaqda ittiham etməyə tələsməyin.
3. Davranışınızı təhlil edin.
Ola bilsin, siz son zamanlar yoldaşınıza yetərincə diqqət göstərmirsiniz. Başınız ya uşaqlara, ya maraqlı seriala, ya rəfiqələrinizin problemlərinə bir qədər çox qarışıb. Sizə yaxın olan insan özünə qarşı daim diqqət, sevgi, hörmət hiss etməlidir. Əks halda kənardan bu hisslərə tələbatlarını ödəməyə cəhd göstərəcək.
4. Səhv nəticələr toplayıb qərar çıxartmağa çalışmayın.
Hətta əgər sizin qorxduğunuz esq macərası öz təsdiqini tapdısa, onda da yalnış addım atmağa tələsməyin! Yoldaşınızın əşyalarını toplayıb evdən atmaq və ya əksinə, öz əşyalarınızı yığıb evdən qaçmaq çox asan və ağılsız hərəkət olardı. Belə hadisələrdə "xeyirxah dostlarınız" da laqeyd qala bilmirlər. Mütləq sizin üçün gözəl fotolar, sübutlar tapıb qısqanclıq alovunu gücləndirəcəklər. Halbuki, bəzən özləri də bu işin səbəbkarlarından ola bilərlər.
Siz sakitləşməyə çalışın. Bəlkə bu insanlarınsSizin ailənizin dağılmasında maraqları var?
Əsəbi halda insan yalnız ağılsız nəticə çıxara bilər. Sakitləşin. Axı siz müdrik insansınız! Hər hansı bir balaca təkan sizi sarsıda bilməz! Siz daxilən güclü, özünüzə inamlısınız. Ona görə bir daha yoldaşınıza situasiyanı ətraflı izah etmək üçün imkan verin.
5. Qısqanmayın, əksinə ibrət götürün.
Rəqibinizin xasiyyətini öyrənin. Sizin yoldaşınızı onun hansı xüsusiyyəti cəlb etmişdi? Cavab tapdıqdan sonra öz üzərinizdə işə başlayın. Qoy sizə həyatda maneə olan insan sizin müəlliminiz olsun.
P.S. Bir-birinizə qarşı hər zaman diqqətli olmağa çalışın. Qısqanclıq, xəyanət və başqa bu kimi mənfi hallar sizin həyatinizda qara buludlara bənzər yaz yağmuru tək yağıb keçsin. Qoy, yağışdan sonrakı göy qurşağı həyatınızı işıqlandırsın!
Həmişə sevin-sevilin!
Sizə uğurlar!

24 mart 2010
GO BACK