Qadin.NET / İdrak pozuntusu (conginitive disorder)

İdrak pozuntusu (conginitive disorder)

 

İdrak pozuntusu (conginitive disorder)

İdrak pozuntusu öyrənmə qabiliyyətinə, yaddaşa, müxtəlif tipli məsələ və problem həll etmə bacarığına və qavrayışa təsir edən xəstəlikdir. Məşhur fərziyyəyə zidd olaraq, idrak pozuntusundan təkcə yaşlılar əziyyət çəkmir. Hər yaşda insanda idrak pozuntusunun növləri olan delirium(sayıqlama) və dementia-ya rast gəlmək olar. Bu adətən hər hansı maddə qəbulu, bəzi tibbi halların yaxud da hər ikisinin nəticəsi olaraq ortaya çıxır.

 

İdrak pozuntusu (conginitive disorder)

Delirium: Delirium-psixoloji xəstəlik, hadisələri çətinliklə anlama və şəxsin fərdi şüurun pozulması ilə xarekterizə olunur. Bu şəxs məqsədsiz, təsadüfi davranışlar və hərəkətlər sərgiləyir. Bundan əlavə, onun düşüncələri, nitqi, yaddaşı, diqqəti qeyri-mütəşəkkil olur.

 

İdrak pozuntusu (conginitive disorder)

Dementia: Dementia xəstəliyi adətən müxtəlif səbəblərdən-beyin travması və ya zədələnməsi nəticəsində şəxsin yaddaşını itirməsi ilə xarekterizə olunur. Parkinson və Alzheimer kimi xəstəliklər də bu xəstəliyin yaranmasına səbəb ola bilər. Buna görə də, Alzheimer Dementiası və yaxud başqa növ Dementia xəstəliyinə rast gəlinir.

 

 

Tərcümə edən: Aida Ustaclı

16 avqust 2017
GO BACK