Hər gün təxminən 10.000 ilə 40.000 qərər vermək məcburiyyətində qalırıq və çox vaxt bundan xəbərsiz oluruq. Qərarların çoxluğu bizi psixoloji olaraq yora bilir. Bu yorğunluğun qarşısını almaq üçün müəyyən qaydalar var. Beyin yorulanda, daha çox səhv qərarlar qəbul etməyinizə səbəb olar.
Yaxşı qərarlar qəbul etmək üçün enerjimizi necə qoruya bilərik?
1. İşləriniz arasındakı qəlibləri kəşf edin
Çoxumuz həyatımızı vərdişlər tərəfində diktə edildiyi kimi yaşayırıq. Eyni saatda oyanıb, eyni saat səhər yeməyi yeyirik, eyni yollara çıxırıq. Vərdişlər həyatımızı asanlaşdıra bilər, ancaq pis vərdişlər vaxt itirməyə, stress yarada və lazımsız işlərə baş qoşmağımız səbəb ola bilir. Məsələn, iş maillərini oyanan kimi yoxlamaq vərdişiniz varsa, vaxtınızı mənasız məlumatları silməyə xərcləyə bilərsiniz.
2. Hansı hallar sizi təşvişə salır, müşahidə edin.
Bura stress və qayğı yaradan hadisələri də daxil etməlisiniz. Deyək ki, autoriya qarşısında çıxış etmək qorxunuz var. Şirkətinizin idarəçiləri ilə danışmalısınız. Mövzunu yaxşı bilirsiniz, amma bu düşünərək özünüzü sıxtıya salırsınız. Rahat olmaq və bu hislərdən xilas olmaq üçün bacarıqlarınızı inkişaf etdirin.
3. Toksik münasibətlərdən uzaq durun.
Zəhərli münasibətlərdən daha böyük enerji oğrusu yoxdur. Özünüzü depresiv hiss etməyinizə səbəb ola bilir. Bu münasibətləri bir qırağa buraxmağın bir yolu varsa, onda elə indi edin bunun. Enerjinizi və nikbinliyinizi geri qazanacaqsınız.