SƏHV, YANLIŞ ADDIMI NECƏ YAŞAMALI...
Hər bir insan həyatda səhv edir. Bu normaldır. Sadəcə olaraq, bu hadisəyə sakit və şüurlu yanaşmaq lazımdır.
SƏHV, YALNIŞLIQ NƏDİR?
Səhv hərəkət onu bildirir ki, Siz inkişaf edirsiz, fəaliyyətdəsiz, səmərəli və faydalı təcrübə toplayırsınız.
Hər bir yalnışlıqda dərin məna var. Hər bir səhv özündə yeni imkanlar daşıyır.
Bu səhvdən necə faydalandığınız,yalnız özündən asılıdır.
Ən böyük fayda hərəkətlərinizin NƏTİCƏLƏRİNİ qabaqcadan görməkdir.
Əgər Siz hansısa səhvə yol vermisinizsə,deməli bu situasiyada bu addım düzgün deyildi. Situasiyanı təhlil edib uyğun çıxış yolu tapa bilecəysiz.
Nəticədə Siz daim öz üzərinizdə işləyəcəksiz və bununla inkişaf edəcəksiz.
Səhvlər bizim müəllimlərimizdi. Onlara qarşı diqqətli olun.
Səhvlər Sizin özüvüzə qarşı münasibətin güzgüsüdür.
Əgər Səhv etdikdə - Siz özünüzü tənqid edirsiz, günühlandırırsiz, deməli Siz özünüzə qarşı neqativ mövqedəsiz.
Əgər özünüzə qarşı münasibəti müsbət etmək istəyirsiz sadəcə özünüzü ruhlandırın. Elə təsəvvür edin ki, Sizin çox sevdiyiniz, yaxın dostunuz çətin situasiyaya düşüb. Siz axı onu acı sözlərlə daha da pis hala salmayacaqsız?
Çalışın özünüzün ən əziz dostu olasınız. Dərhal heyata ümidiniz artacaq, mənfi əhval-rihiyyə geridə qalacaq.
SƏHVLƏRIN TƏKRAR OLUNMASINDAN NECƏ SIĞORTALANMAQ OLAR?
Bunun üçün hər bir səhvi əsaslı təhlil etmək lazımdır. Nə üçün bu hadisə mənimlə baş verdi?, Mən düzgün hərəkət etdim?, Bu hadisə mənə nəyi öyrətdi?, Mən nə etməliyəm ki, belə hadisə mənimlə bir də baş verməsin? Bu kimi sualları özünüz üçün cavablandırın.
Yalnız situasiyanı hərtərəfli təhlil etməklə onu anlamaq olar, və gələcəkdə bu səhvin təkrar olunmasından qorunmaq mümkündür.
UNUTMAYIN: İnsanın gücü - səhvlərini təhlil edib, onları dərk edib, daha da təcrübəli olmaqdır.
Özünüzü və yaxınlarınızı qaygısına qalın!
Sizə uğurlar.