Sübut olunub ki, ilk görüşdə həmsöhbətimizin ən gec fərqinə vardığımız xüsusiyyəti onun dərisinin rəngidir. Buna baxmayaraq bir çox insan iş həyatında kolleqasının və ya partnyorunun irqi ilə əlaqədar məsələlərində özlərini kifayət qədər narahat hiss edirlər və çox şeyi gizlətməyə çalışırlar. Belə davranışa irqi daltonizm adı qoyulub.
Aydın olub ki, irqi daltonizm bir çox anlaşılmazlıqlara gətirib çıxarır. Məsələn, əgər siz iş yerində irqi məsələləri görməməzlikdən gəlsəz və özünüzü narahat hiss etsəz, ətrafınız tərəfindən bu tam əks mənada anlaşıla bilər. Sizi qatı irqçi kimi başa düşə bilərlər.
Belə bir məşhur oyun var: "Tap görüm kimdi?". Bu oyun vasitəsi ilə aparılan təcrübələrin maraqlı nəticələri var. İştirakçılara 32 şəkildən ibarət komplekt təqdim edilirdi və təsvir edilməli olan şəxs göstərilirdi. Şəkildəki insanlardan yarısı qaradərili idi, yarısı isə ağdərili. Aydındır ki, oyunu daha rahat və sürətli oynamaq üçün irqlə əlaqədar bircə sual vermək kifayət edirdi. Çünki bu sualı verməklə, başqa sözlə, tapılası şəxsin ağdərili, yoxsa qaradərili olduğunu aydınlaşdırmaqla, avtomatik olaraq namizədlərdən 50%-ni oyundan çıxarılırdı ki, bu da yükü azaldırdı. Tərəf müqabilindən aslı olaraq iştrakçılar irqlə əlaqədar suallar verirdilər, amma irqi aydınlaşdırmalar zamanı özlərini narahat hiss edirdirlər. 21% iştrakçılardan "afroamerikalı" və "qara" sözlərini istifadə edildi. 10 yaşa qədər olan uşaqlar isə eyni sualı yetkin insanlardan 10 dəfə çox istifadə etdilər. İnsanlar irqlə əlaqədar suallar verməyə çəkinirlər.
Biznes dünyasının bu mövzudan çıxarmalı olduğu vacib dərs var. Yalançı utanc və narahatlıq hisslərini kənara qoyub, sadəcə milli bərabərlik və ədalətlilik prinsipləri ilə hərəkət etmək lazımdır. İrqi daltonizm prinsipcə gərəksiz bir şeydir və əks-nəticələr verir. Aydın məsələdir ki, işəgötürənlər istəmədikləri insanlarla işləmək istəmirlər. Bəzən bu prosesə irqçilik də qoşulur. Tarixən ABŞ-da bu qaradərili insanlara qarşı idisə, bu gün bu digər qitənin üzvlərinə qarşı da nümayiş olunur. Yeri gəldikdə insanlar irqlərində utanmamalı və lazım olduqda bununla əlqdar məlumat da verməlidirlər. Hər halda anlayış kimi "İrqi daltonizm" maraqlı termindir.
Məqalə Harvard Business Review jurnalının, 2013 Sentyabr tarixli buraxılışının törəməsidir.
Orijinal məqalə: səh. 22, Maykl Norton, İrqi Daltonizmin qiyməti"
İbrahim Niftiyev