Qadin.NET / Depressiya nədir?

Depressiya nədir?

DEPRESSIYA NƏDIR?

Depressiv vəziyyətlərin əlamətləri,onu yaradan səbəblər.
Depressiyadan çıxış yolları
Depressiya  Sizi həyatdan zövq almaqdan məhrum edən psixi haldır. Bu zaman insan keçirdiyi hisslərin səbəblərini dəqiq anlamır. Ona elə gəlir ki, heç kim ona bu vəziyyətdən çıxmağa kömək edə bilməz. O, özünü tənha, əlacsızlıq, sanki qaranlıq bir boşluqda hiss edir.
Depressiya zamanı insan ailəsindən, dostlarınan uzaqlaşır. Dünya ona qaranlıq və tutqun görünür, hətta bir vaxtlar sevdiyi işdən - zövq ala bilmir. İnsan təfəkkürü dəyişir, o, özündə və başqalarında yalnız mənfi keyfiyyətləri görür. Nə vaxtsa müsbət düşündüklərinə inanmırlar, sanki çıxılmaz labirintin içində özünü hiss edir.
Müasir lüğətdə Depressiya sözünün aşağıdakı elmi tə'rifi verilib:
Depressiya (lat.depressio - mə'yusluq, ruh düşkünlüyü)  insanın mənfi əhval-ruhiyyədə olması deməkdir. Bu vəziyyət özünüqiymətlənditmənin aşağı düşməsi, həyatın mənasını itirməklə müşahidə olunur.
Depressiyanın əlamətləri:
 Hətta kifayət qədər istirahət etdikdən sonra  fiziki və emosional düşgünlük hissi;
 Yuxusuzluq və ya həddən artıq uzunmüddətli yuxu ( insan bütün günü yuxulu olur);
 Etrafdakılarla üvsiyyətdən qaçma;
 Həyatınızın mənasız olduğunu düşünmək;
 Özünüz və yaxınlarınız haqqında mənfi fikirlər;
 Qəmli olma və ya əsəbilik;
 Yorğunluq, işləmək qabiliyyətinin aşağı düşməsi;
 Nə özünün, nə də ətrafdakıların qayğısına qalmaqda acizlik;
 İştahanın pozulması;
 Baş ağrısı, qarın nahəsində ağrılar;
 Ölüm və intihar haqqına fikirlər;
Əgər Siz özünüzdə 2 həftədən çox bu əlamətləri müşahidə edirsiniz  deməli Siz depressiyadasız.
NƏ ÜÇÜN INSANLAR DEPRESSIYAYA DÜŞÜRLƏR?
Bunun bir neçə səbəbi var: genetika, ətraf mühit, yaşanmış hadisə, fiziki durum.
Genetika
Tədqiqatlar göstərir ki, depressiya kiməsə ailədən, nəsildən keçə bilər. Amma bu o demək deyil ki, ailənin hər bir üzvü bu vəziyyətə meyli olmalıdır. Beləliklə, genetika depressiyanı yaradan faktlardan biridir, amma depressiyanın yeganə səbəbi deyil.
Yaşanan hadisə
Yaxın insanın itkisi (valideynlərin, yaxın dostun) depressiyaya səbəb ola bilər. Bundan başqa digər, adi kədər çərçəvəsindən çıxmış hadisələr, məsələn: valideynlərin boşanması, onların ikinci ailə qurması. Hətta məktəbi bitirmə və ya başqa məktəbə keçmə insanın depressiya yaşamağına təkan verə bilər.
Ailə və ətraf mühit
Bəzi yeniyetmələr üçün ailədəki şərait mənfi stress faktorudur. Bu səbəbdən də onlar üçün ailədə yaşanan her bir problem psixi zərbə ola bilər. Sonralar gərginlik, ailədə emosional zorakılıq da depressiyanın əmələ gəlməsində təsir edə bilər.
Hadisələrin mə'nasının təhrif edilməsi: Bəzən biz məlumata adekvat reaksiya vermirik. Məsələn: işdə müdir Sizin işinizi tənqid edir  amma bu o demək deyil ki, Siz pis insansınız. Yadınızda saxlayın, Sizin işiniz siz deyilsiniz!
Məktəb zamanı çoxları zəif oxuyan şagirdlərlə dostluq etmək istəmirlər, amma bu o demək deyil ki, o uşaq pis dost, övladdır. Əlbəttə, bu faktorda düzgün anlamaqda müəllimlərin də böyük rolu olmalıdır. Çünki məktəb həyatə hər bir insanın həyatında silinməz iz qoyur.
Depressiya bəzi dərman preparatlarının əlavə təsir kimi də əmələ gələ bilər (hormonal, psixoaktiv maddələr).
Depressiyanın növləri
MONOPOLYAR POZULMALARIN bir neçə dərəcəsi var: əhval-ruhiyyənin və çaşqınlıq hissinin üstünlük təşkil etməsindən hərəkət və danışıq qabiliyyətinin itirməsinə qədər.
BIOPOLYAR POZULMALAR (bəzən bu növü maniakal depressiya adlandırırlar). Bu halda əhval-ruhiyyənin tez-tez deyişkənliyi müşahidə olunur. Maniakal vəziyyətdə insan çox danışır, yuxudan imtina edir, imkanlarını real qiymətləndirə bilmir, hərəkətlərinin son nəticələrini proqnozlaşdırmaqda çətinlik çəkir.
Üçüncü növ - Uzunmüddətli depressiyadır. Adətən bu diaqnoz yaxın insanın itkisinə depressiv reaksiyadır. Yeni həyata uyğunlaşma çox zaman tələb etdikdən, müalicədə uzun çəkir.
Depressiyada olan insana ətrafdaıların münasibəti
Bəzən birinci ailə üzvləri, dost-tanış insanın qeyri-adekvat halını görürlər. Əvvəl reaksiya müsbət olur: çalışırlar o insanla mehriban davransınlar, hər bir işdə ona kömək etməyə can atırlar, onu uzun müddət danışdıqlarına qulaq asırlar. Amma əgər əlamətlər keçməsə yaxşı olar ki, psixoterapevtlə və ya psixoloqla məsləhət etsinlər.
Hərdən belə də olur ki, bu halda olan insan özünü problemli hesab etmir.
Ətrafdakılarda onun bu vəziyyətini tənqid edirlər. Onu tənbəl, laqeyd adlandırırlar. Halbuki depressiya o qədər də asan bir hal deyil və insanın ondan müstəqil qurtulmağa bəzən gücü də çatmır.
Vaxtında depressiya yaşayan insana kömək göstərilməsə, psixolojı əlamətlər fiziki xəstəliyə çevrilə bilər: məsələn: uzunmüddətli baş ağrılarına, kəskin ürək-damar problemlərinə və daha başqa ciddi fəsadlara.
Müalicə
Depressiya ən çox yayılmış emosional problemlərdən biridir. Bununla belə bu problem vaxtında müalicə olunarsa maniəsiz keçib gedir.
Depressiyanın bir neçə növ müalicə üsulu var: davranış-rəftar terapiyası, ailə psixoterapiyası, dərman preparatları ilə müalicə və ya bunların uzlaşdırılması. Dəqiq göstərişləri ancaq təcrübəli mütəxəssis təyin edə bilər.
Yadda saxlamaq lazımdır ki, depressiya öz-özünə keçib gedən hal deyil. Etrafdakılar mütləq kömək etməlidirlər.
Daha tez özü haqqında mənfi fikirdə olan, intihar haqda düşünən insanlara təcili yardım göstərmək vacibdir.
Depressiya yaşayan insan  ruhi xəstə deyil.
Əgər ailə üzvlərindən biri depressiyadadırsa  yaxşı olardı ki, konsultasiya bütün ail ilə keçirilsin. Bu üsul müalicədə daha tez müsbət nəticə verə bilər.
Məsələn: yenicə ana olan qadın  doğuşdansonrakı depressiya yaşaya bilər, bu vəziyyətdən çıxmağa ona ən yaxın olan həyat yoldaşı və digər ailə üzvləri kömək etməlidirlər ki, mümkün qıdır tez onu adi həyata qaytarsınlar.
Egər Siz yeniyetmə övladınızda depressiyanın əlamətlərini müşahidə edirsinizsə, mütləq məsləhət görülmüş addımları atın.
Depressiyadan uzaq olmaq üçün:
 Her gün fiziki məşğələlər edin: Sağlam bədəndə - sağlam ruh olar!
 Spirtli içkilərdən uzaq olun, reseptsiz dərman preparatları qəbul etməyin.
 Həyata pozitiv yanaşın  çalışın hər bir işdən müsbət məqamları görün.
Unutmayın: ALLAH bütün yaratdığı məxluqları sevir. İnsan isə onun yaratdığı ən ali əsərdir. Biz dünyaya xoşbəxt olmaq üçün göndərilmişik. Sevin , sevilin! AMİN.
Sizə uğurlar.




15 mart 2010
GO BACK