Qadin.NET / Ringelman effekti nədir?

Ringelman effekti nədir?

 

Ringelman effekti nədir?

 

1927-ci ildə olduqca maraqlı bir təcrübə aparılır ki, indiki zamanda elə də sıx yada düşmür. Bu təcrübələrin nəticəsi psixologiyada "Ringelman effekti" adı altında qalmışdır.

Təcrübə belə olmuşdur: Ən adi insanları götürür, onlara müəyyən bir çəkidə ağırlıq qaldırmalarını tapşırırdılar. Məsələn, bir adama qaldıra biləcəyi maksimal çəkini tapşırırdılar. Sonra bu insanları qrup halında toplayırdılar: əvvəl iki nəfər, sonra üç, dörd və s.

İlkin gözlənti belə idi ki, əgər bir adam 100 kq. çəkini qaldıra bilərdisə, iki nəfər 200 kq. və ya daha artıq qaldırmalı idi. Axı xalq arasında da belə deyim vardır ki: "El gücü sel gücüdür", "El bir olsa dağ oynadar yerindən" və s. Hələ indiyə qədər bu fikir hökm sürür ki, kollektiv iş daha böyük səmərə verir.

 

Ringelman effekti nədir?

 

Ancaq... İki insan öz individual göstəricilərinin yalnız 93 faizini qaldırdılar. Səkkiz nəfər isə 49 faiz.

Bu təcrübəni başqa sahələrdə də apardılar. Məsələn buraz (kanat) dartımında. Ancaq yenə də nəticə eyni oldu. Kollektivin sayı çoxaldıqca nəticə daha da aşağı düşürdü.

Səbəb aydındır. İnsan tək olanda ortaya öz gücünü maksimal olaraq qoyur. Ancaq qrup halında öz qüvvəsinə qənaət edir.

İnsan tək olduqda o, öz qüvvəsinin nəyə qadir olduğunu bilir. Situasiya ilə üzləşdikdə isə ona ya bütün qüvvəsini qoyur, ya da qüvvəsinə qənaət edir. Kollektiv çalışmada isə insan öz qüvvəsini ortaya tam qoymur.

Bəli, kollektiv işlə öyünmək olar, ancaq unutmaq lazım deyil ki, adam nə qədər çox olduqda, işə qarşı passivlik, bir o qədər yüksək olur.

 

Farid Abdullah

25 may 2017
GO BACK