Qadin.NET / Qadınlar niyə aldadılır?

Qadınlar niyə aldadılır?

 

Aldadılmaq "aldadılmaq, oyuna gətirilmək, gözləmənin xaricindəki davranışa məruz qalmaq" mənalarını verir. Yəni ikili əlaqələrdə söz mövzusu olan aldatma hərəkətilə şəxs aldadılmış, oyuna gətirilmiş, gözləmədiyi və heç istəmədiyi bir davranışa məruz qalmışdır.

Yaxşı… Bu hərəkətdən  sonra adamı dərindən yaralayan, çox narahat edən şey yalnız aldadılmaq, yəni aldadılmış olmaqdırmı? Əgər belə isə bir çox adam mağazadan paltar alarkən ucuz və keyfiyyətli deyildiyi halda, bahalı və keyfiyyətsiz bir paltarı almağa məcbur olarkən söz verildiyi halda sözündə durulmadığı, həyatın müxtəlif yerlərində daha başqa şəkillərdə aldadıldığı zaman narahat olmazmı?
Aldadılma duyğusunun altında yatan ən əhəmiyyətli səbəblərdən biri də özünə hörmətin zəifliyidir. Şəxsin özünə hörməti nə qədər zəif, mövcud olan şəxsi dəyəri necə azdırsa, o qədər acı çəkməkdədir. Bu insanların şüurlarında yaşadıqları və aldadılma acılarını artıran ən əhəmiyyətli faktor əslində "Mənim yaşadığımı indi o da yaşayır, deməli, mənim heç olmasa beynimdə hazırladığım bir xüsusiyyətim yoxmuş. Hətta kim bilir, bəlkə də o, bunu məndən daha yaxşı edir ki, bax, ona getdi" duyğusudur (O zaman mən pisəmmi görəsən? Bu həyatda yəqin hər şey bir hesab-kitab işidir).

Bir çox qadın aldadıldıqdan sonra tez-tez dilə gətirdikləri "O qadında bilmirəm nə tapdı, halbuki, mən ondan daha gözələm" və s. sözləri deyərkən bu uydurmaları açıqca təsdiqləməkdədir. Göründüyü kimi, "Mən heç eqoist olmadım, bunu etdim, bunu etdim, amma yoldaşım çox eqoist çıxdı; yalnız özünü düşündü" - deyərək ciddi səviyyədə acı çəkən qadınların da eyni şəkildə  bir eqoistliyi  mövcuddur.

Aldadılma duyğusunu meydana gətirən digər bir faktor da qarşı tərəfin sırf bir başqasıyla birlikdə olması deyil; bu davranışın şüuri xarici sahədə səbəb olduğu, hərəkətə keçirdiyi "itirmə" psixologiyasıdır. Aldadılan adam partnyorunun cinsi üzvünün bir başqasıyla təmasa keçməsindən ötrü deyil, əslində bu əlaqənin öz itkisinə yol aça bilməsi ehtimalından narahat olmasıdır. Bu şübhələri doğru anlamaq üçün yoldaşınızın ümumi fahişəxanaya getdiyini, oradakı qadınlarla yalnız pul səviyyəli, tam zamanla və sekslə məşğul olduğunu, birlikdə yaşadığını xəyal etmək kafi olacaq.

Diqqət yetirin, burada da aldadılma vardır, burada da başqa biriylə cinsi birləşmə söz mövzusudur! 

Aldadılmadan sonrakı çətinlik müddətində çox qadının ən zəif olduğu, sanki böyük və boş bir quyuya düşüb boşluqda gəzişdiyi üçün təhlükəyə açıq olduğu mərhələdir. Ona görə eşqbazlar bu keçici müddətdən istifadə edər, özlərinin bu hərəkətini çox yaxşı qiymətləndirərlər. Məsələn, belə bir dövrdə qadın acıyla qıvrılarkən bir anda həyatına bir kişinin girdiyini gördüyü zaman yaşadığı aldadılma acısı sanki sehrli bir dəyənək dəymişcəsinə azalmaqda, hətta yox olan bir səviyyəyə enməkdədir.

Bəs nə səbəbə belə olmuşdur? Öz həyatına bir adam girdiyi zaman yaşanan aldadılma gerçəyi bir anda ortadan qalxdımı?

Xeyr, dəyişən bu hadisənin baş verməsi həqiqəti deyil, dəyişən "ortada qalacağam, məni kimsə istəməz, yaxşı olsaydım, onu mənə dəyişməzdi" sabit inancıdır. Bir anda iç dünyasını örtən "Yəqin tək qalmayacağam, o adam partnyorumu seçdi. İşə bax, bu da məni seçdi, demək ki, hələ seçilə bilən biriyəm, problem məndə deyilmiş" duyğusunu ən kritik anında yaşaya bilmiş olmasıdır.

Yenə aldadılma acısını artıran digər bir faktor da "Tutdum, bax, yoldaşım məni aldadırmış" səhvli inanıcdır. Burada ifadə edilən "Tutdum, aldadılmışam" düşüncəsi, "Tutmasaydım, aldadılmamış olacaqdım" düşüncəsi ilə eyni mənanı verməkdədir. Halbuki, adam yalnız tutduğunda aldadılmış olmaz. Bu düşüncə dərinlərdə "Aldadılsaydım tutardım, tuta bilmədim, elə isə aldadılmıram. Bu günə qədər heç tutmadığıma görə demək ki, məni heç aldatmadı, halbuki, indi tutdum, demək ki, indi aldadıldım" xəyalı yaratdığı üçün beyində işləyir. Bu səhv məntiqi düşüncə sürpriz doğurur (başqa sözlə, xəyala gətirib çıxarır), adamın həddindən çox təsirlənməsinə səbəb olur. Bəlkə də partnyor bunu illərdən bəri edirdi, amma qadın bunu yeni fərq etdi, bunu kim bilə bilər ki!

Həqiqi bir xüsusiyyətə sahib olmayan hisslər həqiqi olmayan ölçüdə çətinliklər doğurar.

Bu müddətdə aldadılan qadının içinə düşdüyü "Məni sevmir, sevsəydi, belə etməzdi" inancı yanlışdır. Qadınların çoxu sevmədikləri müddətdə aldatmağa çox yanaşmadıqları üçün kişiləri də belə zənn etməkdə, belə görmək istəməkdədirlər.

Aldadan kişi bunu çox vaxt sevgi axtarışı ilə deyil, cinsi istəklərini təmin məqsədilə edir. Aldadan kişi bu işi gizli etməklə, ortaya çıxmaması üçün səy göstərməklə, ortaya çıxdığı zaman "Etdim, maraqlarıma uyğun gəldi" demədən, üstəlik, göz görə-görə inkar etməklə yanaşı, yoldaşını sevdiyini, onu əsla itirmək istəmədiyini bəyan edir. Halbuki, çox qadın mövcud gerçəyi bu şəkildə deyil, "Bir də utanmadan danışır, üzümə baxa-baxa yalan danışır" şəklində oxumaqdadır. Kişi sanki dizləri üstə çökmüş bir halda "Eşqim, başa düş, səhv etdim, bilirəm. Sənə olan sevgim eynidir, sevgimdə problem yoxdur, yalnız cinsi duyğularıma məğlub oldum. Çox güvəndiyim iradəm məni bu dəfə tək buraxdı, mənə itaət etmədi, "Etmə-etmə" - dedim, amma bacarmadım, nə olar, başa düş, səni itirmək istəmirəm, yalvarıram" deyə yalvarır. Aldatmağı, aldadılmağı qətiliklə xoş görmürəm. Bunu əlaqələrin önündəki ən böyük maneə, əxlaq problemi olaraq görürəm. Hətta bu hərəkətin əsla bağışlanmaması lazım olduğunu da düşünürəm. Mövzunu həqiqi olaraq anlamağa çalışaq.

Yox, əgər "Sanki aldatmağı bir az kiçik hesab edirsən" deyirsinizsə, tamam, qəbul edirəm. Elə isə əlbirliyi ilə aldadan adamı daşlayaq. Mən buna da razıyam.

"Dünya dairədir və dönür" deyildiyi kimi, "Aldadanı ayıblama, günahlandırma daşı ilə daşlayaq, yenə qəbul. Amma bunlar da işin gerçək olan tərəfləridir, bunu da görək" deməyə çalışıram.

Olması, yaxud olmaması lazım olanlar ayrıdır, olanlar isə tamam ayrıdır. Mən də sizlər kimi olmaması lazım olduğunu düşünürəm. Amma olduğunu, olan şeyin arxa planının təəssüf ki, belə olduğunu söyləməyə cəhd göstərirəm.

Son söz

Aldatmaq hər vaxt üçün (xüsusilə də kişi üçün) bir sevgi və sevgisizlik problemi deyil. Amma bu, hər vaxt üçün əxlaq problemidir.

Hər kəs, hər vaxt, hər mövzuda əxlaqlı ola bilərmi?

Buna hər kəs eyni dərəcədə məcburdurmu?

Bu problemin cavabı həyat fəlsəfənizə görə dəyişəcək.

Yaxşı əxlaqlı olmağı ucaldan və mükafatlandıran, əxlaqsız olmağı isə tənqid edən və cəzalandıran bir yüksək motivasiya qaynağı yoxsa?

Halbuki, əxlaq bizə müəyyən mövzularda və yalnız "bu doğru, "bu səhv", yaxud "bunu et, bunu etmə" deyərək nəsihət verər (Hisslərimiz istəyir, əxlaq isə bizə davamlı "etmə, etmə, doğru deyil" deyir. Yaxşı, bəs bu işin sonundakı daha böyük qazanc nədir? Hər ağıl sahibi bu sualı soruşar. Nə demişdim, həyatda hər şey hesab-kitab işidir!)

Bunlar və bənzərləri:

Məsələn, "Aldatmaq ayıbdır!"  

Cavabı: "Ayıbdırsa ayıbdır, sənə nə! Sən kefimin ağasısanmı? Bir də ki, bu mənim ayıbımdır, sənə bir zərəri varmı?"

Əziz Qadın.Net saytının üzvləri siz heç partnyorunuz tərəfindən aldadıldınızmı? Aldadıldınızsa, sonda nə etdiniz?

22 iyul 2011
GO BACK