Ruh vəziyyətinizi tez bir şəkildə düzəltmək və sakitləşdirmək istəirsiniz? Zehninizin sakitləşməsi üçün əlbətdə bir çox yol var. Bunlardan biri də Aromaterapiya, yəni qoxu müalicəsidir. Qoxuların beyin üzərindəki təsirləri araşdırmalar nəticəsində sübuta yetirilmişdir. Siz də sakitləşmək üçün bu qoxuları yoxlaya bilərsiniz.
Darçın
Sakitləşmək üçün darçın sizə kifayət edəcəkdir.
Lavanda
Lavandanın yatışdırıcı təsiri var. Yatmadan əvvəl yastığınızın üzərinə bu bənövşəyi çiçəkdən qoyun. Rahat bir yuxu yatmanızı təmin edəcəkdir.
Sitrus
Səhərləri günə başlamaqda çətinlik çəirsinizsə və gərgin olursunuzsa, onda bir fincan qəhvə yerinə bir fincan limon və ya portağal suyu için. Həm günə enerjili başlamağınızı təmin edəcəkdir, həm də sizin gərginliyinizi götürəcəkdir.
Vanil
Vanil çox qədim dövrlərdən bəri xoşbəxtliyi artırmaq və ruh vəziyyətini yüksəltməyə köməkçi olduğu bilinməkdədir. İçkilərinizə kiçik bir miqdarda vanil əlavə etmək kafi olacaqdır.
Limon
Əsasi yağlı limon həm əzələ ağrılarının yüngülləşməsinə kömək edir, həm də sakitləşdirici təsiri vardır.