Qorxu deyiləndə ağıla ilk gələn bağlı yer, hündürlük, ölüm gəlir. Ancaq bəzi qorxular var ki, çox az bilinməsinə rəğmən bir çox insanın həyatını adətən cəhənnəmə çevirir. Bu qorxularan biri də gözəl qadın qorxusudur. Digər adı ilə Venüstrsfobi. Mütəxəssislər, kişilərin çoxunda görülən bu qorxunun, gözəl bir qadın gördüyündə, tərləmə, ürək döyüntüsünün tezləşməsinə və nəfəsin kəsiləcək kimi hiss edilməsinə yol açdığını söyləyirlər.
Gözəl bir qadın qorxu yarada bilərmi? Elm "Bəli" deyir. Venüstrafobi olaraq adlandırılan bu qorxunun kişilərdə çox göründüyünü bildirən Üsküdar Üniversiteti NPİSTANBUL xəstəxanası mütəxəssis psixoloq Aziz Görkem Çetin, "Kişilər, gözəl qadınlarla birlikdə olmağı hədəfləyərək bir yandan rəqabətdə özünü yüksəltməyə çalışan, digər yandan da o rəqabətə özünü qurban edərək gözəl bir qadınla olmaqdan qaça bilir. Bu qaçmanın səbəblərindən biri də çatışmazlıq duyğusudur" dedi.
Bəzi kişilərin gözəl bir qadın gördüklərində bəzi fiziki reaksiyalar yaşadıqlarını söyləyən psixoloq Çetin, "Venüstrafobidə tərləmə, ürək döyüntüsü artımı və nəfəsi kəsilləcək kimi hiss etmə simptomları ilə qarşılaşa bilərsiniz" şəklində fikrini bildirdi.
İddiasız insanlarla münasibəti tərcih edirlər
Cəmiyyətdə insanlar arasındakı münasibətlərdə güvənsizliklərin yaşandığını bildirən psixoloq Çetin, " qarşı tərəfi güvənilməz olaraq düşünmə, insanın öz güvəni ilə bağlı problemi yaradır. Xüsusilə, qayğılı və çəkingən insanlar ya da münasibətlərdə güvənsizliyə məruz qalmış bir təcrübə yaşayanlar, özləri ilə müqayisədə görünüş olaraq daha iddiasız insanlarla münasibəti tərcih edirlər" sözlərini əlavə etdi.
" Qadın, cəmiyyətdə məsuliyyət və təhdid ünsürü olaraq görüldüyü müddətcə kişilərdə gözəl qadın fobiyasının yaranması son dərəcə təbiidir" deyən psixoloq Çetin bu açıqlamanı etdi:
Kişinin; çatışmazlıq, güvənsizlik, təhdid və təzyiq kimi ünsürləri asanlıqla hiss edə bildiyini və gözəlliyi tamamilə fərqli bir nöqtəyə ayıra bilər".