Qadin.NET / Stressə qarşı hobbilər

Stressə qarşı hobbilər

 

İşdəki streslə müharibəniz sizə kömək edəcək 10 əyləncəli hobbi:

Stressə qarşı hobbilər

Fotoqrafçılıq

Stresdən uzaqlaşmaq və zehninizi mənfi düşüncələrdən təmizləmək üçün bir şəkil çəkə bilərsiniz, öz baxış bucağınızdan dünyanı necə gördüyünüzü anlatmaq sizi rahatlada bilər.

Bahalı aparatlar almağa ehtiyac yoxdu, bunu əlinizdəki telefonlarla da edə bilərsiniz.

Stressə qarşı hobbilər

Kitab oxumaq

Oxumağın nə qədər faydası olduğunuz hamımız bilirik. Yeni biliklər öyrənə biləcəyimiz, yerinizdən tərpənmədən bambaşqa dünyaları gəzib görə biləcəyiniz, zehninizi canlandırıb, zəkanızı inkişaf etdirəcək olan bu hobbi sayəsində stresdən də xilas ola bilərsiniz. Kitablarla ruhunuzu dincəldə bilərsiniz. Etməli olduğunuz tək şey, hər gün yarım saatınızı oxumağa ayırmaqdır. Hətta yarım saat belə yox, bəzi mütəxəssislərin dediyinə görə gündə 5-6 dəqiqəyə qədər kitab oxumaq belə insanı rahatladır.

Stressə qarşı hobbilər

Yazmaq

Nə yazmaq? Streslə baş çıxmaq üçün yazmağın nə qədər faydalı olduğunu bilirsiniz? Qələmi kağızı əlinizə alıb, düşüncələrinizi kəlimlərə tökmək sizi nə qədər rahatladacağınız fərqindəsiniz? Sıxıldığınız anlarda yazaraq rahatlamağı yoxlaya bilərsiniz.

Stressə qarşı hobbilər
Meditasiya ilə məşğul olmaq

Stresdən xilas olmaq üçün istifadə edəcəyiniz digər yol meditasiyadır. Sizi anında rahatladacaq bir tövsiyyə ruhunuzu sakitləşdirə bilər, hüzurlu hiss etməyin keyfini yaşaya bilərsiniz.Zehninizdəki mənfi düşüncələrdən tamamilə uzaqlaşıb, səssizliyin dünyasında tarazlığa qovuşacağınız bir fəaliyyət sayəsində darıxdığınız sakitliyi tapa bilərsiniz. Bu haqda bir çox məqalə və videolar var. Sadəcə yarım saatınızı bu işə ayırın.

Stressə qarşı hobbilər

Mahnı ifa etmək, musiqi dinləmək ya da musiqi alətində ifa etmək

Qısası musiqi ilə bağlı istədiyiniz hər şeyi edə bilərsiniz. Mahnı oxuyaraq da, musiqi dinləyərək də stresdən xilas olmanız mümkündür. Musiqinin ruha nə qədər yaxşı təsir etdiyi bir çox araşdırmada sübut olunmuşdur.

Stressə qarşı hobbilər

Torpaqla əlləşmək

Stresdən xilas olmağınıza yardım edəcək bir digər hobbi baxça işləri ilə məşğul olmaqdır. Nəticədə torpaqla əlləşmək mənfi yükü atmaq üçün nə qədər faydalı olduğunu hamı bilir. Bir baxçanız olmasa da, eyvanda müəyyən çiçəkləri yetişdirməyi yoxlaya bilərsiniz.

Stressə qarşı hobbilər

Boyama və Rəsm çəkmək

Bir çox araşdırma göstərir ki, streslə başa çıxmağın ən yaxşı yollarından bir dənəsi də boyama və rəsm çəkməkdir. Boyama və rəsm dedik çünki bəziləriniz “mənim rəsm çəkmək bacarığım yoxdur”deyəcək. Sadəcə zövq almaq üçün əlinizə boyanı və fırçanı alaraq, bir yandan rahatlaya , bir yandan da əylənə bilərsiniz.

 

 

7 iyun 2018
GO BACK