Qadin.NET / Ölmək istəyirəm

Ölmək istəyirəm

 

 

Ölmək istəyirəm

 

 

"Ölmək istəyirəm" düşüncəsi adətən insanlar psixoloji ağrı çəkən zaman yaranır. Biz sizin necə dəhşətli hiss etdiyini başa düşürük və sənə dözmək üçün kömək etmək istəyirik. Daxili səs və emosional ağrı  insanların onlarsız daha yaxşı olduqları hissini verir. Əslində özünə zərər vermək sevdiklərinə işgəncədir. Bu dözülməz ağrı keçicidir və keçəcək. Əsas olan, pis hiss edərkən özünü güvəndə tuta bilməkdir.

 

 

Təhlükəsizlik planını necə qurmalı?

 

İlk öncə, nə vaxtdan özünü pis hiss etməyə başladığını analiz et, nə vaxtdan özünü qaranlıqda hiss etməyə başladın yaxud təşviş hiss etməyə başladın. Əgər bu hisləri tez analiz etsən, öhdəsindən gəlmək daha asan olar.

Pis hiss etməyə başladığın anlar üçün, xüsusi fəaliyyətlər üçün planlar hazırla.  Bunlar intihara təşviq edən iki davranışı yox etməyə kömək edəcək: passivlik və təcrid olunma.

Hansı fəaliyyət özünü yaxşı hiss etməyinə kömək edir? ( gəzinti, ev heyvanı ilə oynamaq, meditasiya, komediya izləmək və. s. )

Səni mənfi düşüncələrdən uzaq tutan, insanların olduğu hansı yerlərə gedirsən? (parka, məşq zallarına və. s.)

Kim səninlə danışmaq üçün zəng edir? ( yaxın dost, qohum və. b. ) Elə bir şəxsin səndə nömrəsi olduğuna əmin ol.

Sənin terapevtin və konsultantın varmı? Sən onunla necə əlaqə saxlayırsan?  Onun əlaqə nömrəsini yaxşı saxla.

 

 

 

Ölməyi düşündüyünüz an nə edə bilərsən

 

Hal-hazırda özünə zərər verməyəcəyinə söz ver

İntihar düşüncələri gəlir və gedir. Hətta an etibarilə ağrı böyük olsa da, düşünmədən hərəkət etməmək vacibdir. Dostuna, terapevtə və özünə belə anlarda özünə zərər verməyəcəyinə söz ver.

 

Özünü güvəndə tut

Özünü qorumaq üçün ehtiyatlı ol. Sənin halını pisləşdirən əşyaları evində saxlama. Özünü təcrid etmə.

 

 

Kiməsə danış

İnsanlar çox vaxt intihar düşüncələri barədə kiməsə danışmaqdan utanırlar yaxud qorxurlar. Bu hisləri yaxın hesab etdiyin kimləsə bölüşmək, yaxşı hiss etmək üçün ilk addımdır. İnandığı birini tap, dost kimi, terapevt, ailə üzvü, müəllim yaxud qaynar xətt kimi. İcazə ver bu şəxs sənin həqiqi hislərini bilsin. İntihar planlarından və düşüncələrindən danışmaqdan qorxma. 

Sənə kömək edə biləcək terapevt və ya profesional tap. 

Sadəcə necə hiss etdiyin barədə danışmaq, ağrının öhdəsindən gəlməkdə sənə kömək edəcək.

 

Alkoqoldan və narkotikdən uzaq durun

Alkoqol və narkotik maddələr intihar düşüncələrini intensivləşdirir. 

 

Yuxunuzu nizamlayın

Normal yuxu yatmamaq depresiya və intihar düşüncələrini artıra bilir. Yuxunu nizamlamağa cəhd et, 8 saat yatmağı qarşına məqsəd qoy. Əgər sən özünü enerjisiz və bütün günü yuxulu hiss edirsənsə, qalxmağa cəhd et və hər hansı fəaliyyətlə məşğul ol. Hətta etmək istədiyin son bir şey olsa da. 

 

Məşq

Araşdırmalar göstərir ki, idmanla məşğul olmaq depresiya və təşvişə çox yaxşı təsir edir. Qoy, hər gün 20 dəqiqə, həftədə beş gün ürək döyüntünüz artsın. Bu sizə daha yaxşı hiss etməyə kömək edəcək. 

 

Özün haqqında olan mənfi düşüncələrinə meydan oxu.

İntihar düşüncəsi adətən özümüz haqqında olan mənfi düşüncələrdən qaynaqlanır. Vacib olan, bu mənfi düşüncələrin doğru olmadığını müəyyən etməkdir.

 

 

Özünü müalicə etmək, dostlarını müalicə etmək üçün bir yoldur

Özünü qarşı mərhəmətli olmaq vacibdir. Özünü pis hiss edəndə, daxilən zərbə yemiş kimi olursan. Özünü müalicə etməyə çalış, bu üsulla dostlarına da kömək edə bilərsən. 

 Dr. Stacey Freedenthal :

"Həyatında hər şeyin səhv getdiyini düşünmək. Bu səbəblərə görə intihar etmək istəyirsən. İndi isə sənə çox yaxın olan, çox sevdiyin bir insanın da eyni problemləri, eyni ağrıları var və o da sənin kimi intihar etmək istəyir. Ona nə deyərdin? Ona sənin üçün dəyərli olduğunu deyərdin? Ona sən haqlısan, özünü öldür deyərdin? Hə ya yox?"

Özünü eyni mehribanlıq və qayğı ilə yanaş, dostunu müalicə edəcəyin üsulu özünə tətbiq et. Özünü müalicə etmək üçün 3 pillə:

 

Etiraf et və öz ağrılarına diqqət et.

Qayğıkeş ol və qayğı ağrılara məlhəmdir.

Natamanlığın insanlıq təcrübəsinin bir hissəsi olduğunu xatırla.


Terapiya kömək edir.

 

Bir neçə terapiya tipi intihar düşüncələrini yox etməkdə kömək edir. 

 

Cognitive Behavioral

 

Dialectic Behavior Therapy

 

Collaborative Assessment and Management of Suicidality

 

İngilis dilindən tərcümə

4 aprel 2017
GO BACK