Qadin.NET / Subay qalmaq qorxusu

Subay qalmaq qorxusu

Subay qalmaq qorxusu

Anuptaphobia – bu fobiya evlilik fobiyasına bənzəyir.

Bu fobiya xarici hadisələrlə daxili vəziyyətlərin birləşməsindən yaranır. Subay qalmaq fobiyası sosial fobiyanının bir növü olub, travmalardan və təcrübələrdən qaynaqlanır.  Hələ ki, bu fobiyanın səbəbləri tapılmasa da, bildirirlər ki, irsiyyət, həyat təcrübəsi nəticəsində beyində formalaşan düşüncələr bu xüsusi fobiyanın səbəbi ola bilir.

Anuptaphobianın təbiəti

Bir çox insan tək qalmağa nifrət edir. Onlar subay və "qarımış" olmaqdan qorxurlar. Onlar işdən sonra evə qayıdarkən evdə heç kimləri olmamasından qorxurlar.

Boş otaqlar və boş yataq onlara təsir edir. Bu faktdır ki, həyatlarındakı boşluq onları çox narahat edir. Bu anuptaphobianın bir üzüdür. Bəziləri səhv insanla evlənməkdən qorxduqları üçün həyatdan izolyasiya olunurlar. Onlar heç kimə etibar etmirlər. Bu zamanla gamphobiaya (evlilikdən qorxmaq) çevrilir.

Subay qalmaq qorxusu

Subay qalmaqdan qorxunun ümumi simptomları bunlardır:

• Dəhşətli dərəcədə təşviş halı

• Qorxunun panika ilə əlaqəli forması

• Nəfəs darlığı

• Sürətli ürək döyüntüsü

• Nizamsız ürək döyüntüsü

• Tərləmək

• Ürək bulanması

• Ağız quruması

• Lazimi qayda da danışa bilməmək

• Bədən üzvləri silkələmək

Anuptaphobianı necə müalicə etməli?

Hələ ki, bu fobiyanı müalicə etmək üçün dəqiq metod tapılmamışdır. Hipnoz terapiyası, konsultasiya, rahatlatan texnikalar, dərmanlar və psixologiyanın müəyyən müalicə mümkündür. Lakin bu üsulların hər birinin müsbət və mənfi cəhətləri var.

Mənbə: http://www.phobia-fear-release.com/anuptaphobia.html

Tərcümə edən : Aidə Ustaclı

12 mart 2017
GO BACK