Hislərinizi idarə etmək çox vaxt çətin olur. İş yoldaşlarınızın qırıcı və kobud sözləri anidən səhvlər etməyinizə səbəb ola bilər. Sizə verəcəyimiz tövsiyyələri yerinə yetirsəniz, hirslənməyə başladığınız an sizi sakitləşməyinizi təmin edəcək.
Aktiv bir dinləyici olun
Qarşınızdakı insanı yaxşı və diqqətli dinləyin, dedikləri ilə maraqlanmaq qarşılıqlı əlaqənizi gücləndirəcək. Aktiv bir dinləyici olmaq həm də empatiya qurmağınızı inkişaf etdirəcək və qarşınızdakı insanın hisslərini anlamağınıza təsir edəcək.
Diafraqmadan nəfəs alın
Rahatlamaq üçün mütləq diafraqmadan nəfəs alma məşqləri etməlisiniz. Bir neçə dəqiqə diafraqmadan dərin bir çəkildə nəfəs almaq təlaşınızı yox edəcək və hirslənməyinizi azaltmağınıza kömək edəcəkdir. Hirsləndiyinizi hiss etdiyinizdə diafraqmadan dərin bir nəfəs alın və fərqi sizdə görün.
Bağışlayın
Bağışlama ən güclü sakitləşdiricilərdən biridir. Sizi küsdürənin bağışlanmağı haqq edib etmədiyini fikirləşmək yerinə bağışlamağı seçməyinizin sizə necə təsir edəcəyinə fikir verin. Bağışlamağı seçmək artıq hirslənməyi bir kənara buraxmağınız deməkdir.
Düşüncə gücünüzü inkişaf etdirin
Yaddaşınızda ya da xəyal edərək sizi rahatlaşdıracaq bir yer ya da mühit düşünün və gözünüzün qabağına gətirməyə çalışın.