Qadin.NET / Yuxu pozuntuları

Yuxu pozuntuları

Yuxu pozuntuları

Hypersomnia

Gün ərzində həddindən artıq yuxululuq ilə xarekterizə olunur. Bu şəxs uzun müddət yuxulu olur, adətən 3 aydan çox. Belə insanlar normal həyatlarını idarə etməyi bacarmırlar. Hypersomnia-nın iki növü var: əsas və təkrarlanan. Halbuki əsas növ hypersomniası olan insanlar təkrarlanan yuxudan əziyyət çəkirlər. Təkrarlanan hypersominiada isə şəxsin 2-3 gün davam edən yuxululuq halı bir perioddan sonra yenə təkrarlanır. Bu iki üç il sonra da ola bilər.

Insomnia

Yuxuya gedə bilməyən və çətin gedən insanlar insomniadan əziyyət çəkir. Belə insanlar yuxuya çətin gedirlər, uzun müddət oyaq qalırlar. Tez oyanırlar və dəhşətli dərəcədə özlərini yorğun hiss edirlər. İnsomnia olan insanlarda stressə, depresiyaya, təşviş halına, diqqət dağınıqlıqğına, yaddaşsızlığa, bipolar yaxud obsesiv-kompulsiv kimi psixi pozuntulara rast gəlinir. 

Nightmare Disorder (qarabasma)

Nightmare disorder olan insanlarda yuxu ərzində tez-tez qarabasmalar olur. Belə insanlar kabuslar görürlər, bu kabuslar daha çox onların təhlükəsizliyini risk altına salan tipdə olur. Bu şəxsin həyatındakı stresli hallardan qaynaqlana bilər. Həmçinin bu şəxsin sosial həyatdakı funksiyalarını zədələyir. Bu daha çox bədbəxt hadisələrin yaratdığı dəhşətli stresdən qaynaqlanır.

Sleep Terror Disorder (vahiməli yuxu pozuntusu)

Sleep terror (yuxu vahiməsi) olan şəxslər gecə yuxudan qorxaraq və dəhşət içində oyanırlar. Bu pozuntu çox vaxt uşaqlarda, nadir hallarda böyüklərdə olur. Uşaq yuxudan qışqıraraq oyanır. Onlar yuxuda əl-qol hərəkətləri edirlər yaxud tərləmə, ürək döyüntüsü və yuxuda gəzirlər. 

Yuxu pozuntuları

Sleepwalking Disorder (yuxuda gəzmə pozuntusu)

Əgər şəxs təkrar-təkrar yatağından qalxıb, gəzir yaxud yuxuda olduğu halda digər fəaliyyətləri davam etdirirsə, bu şəxs yuxuda gəzmədən əziyyət çəkir demək. Şəxs yuxuda gəzərkən heç bir fəaliyyətini sonradan xatırlamır. Yuxusuzluq, xroniki stress, panik atak, çox şəxsiyyətli pozuntusu müşahidə olan şəxslərdə yuxuda gəzməyə rast gəlinir.

Oneirophrenia

Uzun müddət yuxuda məhrum qalan insanlar, yaxud psixoterapevt dərmanlar qəbul edən insanlar oneirophreniadan əziyyət çəkirlər. Bu pozuntu qarabasma və halüsinasiya görməklə xarekterizə olunur

Parasomnias

Parasomnia yuxu səviyyələri və oyanma arasında təbii olmayan davranışlar yaxud idrak bağlı olur. Parsomniasın bir neçə ümumi tipi var:

Sleepwalking (yuxuda gəzmə)

Nightmares (kabus görmə)
Night terrors ( gecə vahiməsi)
Head banging (Rhythmic Movement Disorder)
Sleep talking (yuxuda danışma)
Nocturnal leg cramps
Sleep paralysis
Bruxism (Teeth grinding)
Sleep enuresis (Bed wetting)
Irregular heart rhythms ( qaydasız ürək ritmi)
Sleep related erections

 

Tərcümə edən: Aida Ustaclı

 Mənbə: http://www.buzzle.com/articles/types-mental-illness-list-disorders.html#Sleep-Disorders

26 fevral 2017
GO BACK