Qadin.NET / Ailədə böhran vəziyyəti nədən yaranır?

Ailədə böhran vəziyyəti nədən yaranır?

'AILƏDƏ


BU BÖHRANIN SƏBƏBLƏRI VƏ ONUN ARADAN QALDIRILMASI YOLLARI.
Böhran sözündən insanın qəlbində soyuq, ağır , acı təəssürat yaranır. Bu sözü bir neçə dəfə təkrar etsən  mütləq əhval-ruhiyyən pozulacaq.
Xüsusilə ailədə bu dövr çox ağır yaşanır. Çünki ailə insan üçün mənfi təsirlərdən sığınacaq yeridir. O, bizlərə yaşamağa, heyatda mübarizə etməyə güc verməlidir.
Hər bir ailə müəyyən inkişaf dövründə böhran mərhələlərilə rastlaşır. Bu qaçılmaz faktdır. Məsələn:
1. Birgə heyatın başlanğıcı;
2. İlk övladın dünyaya gəlməsi;
3. Uşaqların bir-birinə münasibəti;
4. Uşaqların ibtidai sinifdə təhsili;
5. Yeniyetməlik dövrü;
6. Övladın ata-ana ocağını tərk etməsi. Müstəqil həyat keçid.
Göstərilmiş təbii hadisələrdən başqa, ailədə ekstremal şəraitdə yaranan gözlənilməz situasiyalar nəticəsində də böhran əmələ gələ bilər. Bu növ stressogen problemlərin dəqiq siyahısı yoxdur. Çünki səbəblər cox müxtəlif ola bilər. Məsələn:
1. ailə üzvünün ağır xəstəliyi;
2. yaxın adamın itgisi;
3. ölkədə müharibənin başlaması;
4. ailə başçısının işdən azad olunması;
5. her hansı bir qüsurla doğulmuş uşaqlar;
6. Və müasir dövrün ən mühüm problemi olan - qadın azadlığı. Məsələn, əgər ailədə qadın öz işində uğur əldə edir və maddi cəhətdən yoldaşından daha yüksək olur - Bu fakt ailə üçün çətin sınaq ola bilər.
Əgər qanunauyğun inkişaf böhranı ailə üçün sakit, ağrısız keçibsə, deməli gərgin, həyəcanlı günlər irəlidədir. Bu imtahandan her bir ailə keçib möhkəmməlidir. Egər sinaq müvəffəqiyyətlə başa çatmışdırsa  deməli ailə düzgün inkişaf edir və onun üzvləri xoşbəxtdirlər. Əgər münasibətlər düzgün qurulmayıbsa hətta balaca bir təkan ailəni dağıda bilər. Böhran mərhələrini keçərkən insanlar bərkiyir. Ailə möhkəmlənir.
BÖHRANI DÜZGÜN KEÇMƏNIN YOLLARI
Bir müdrik qadın demişdi: Əgər mənin dörd cildim olsaydı  ailə həyatım nümunəvi olardı
Mən maraqlandım: Nə üçün məhz dörd?
- Əlbəttə ki  qadin, heyat yoldaşı, ana və övlad
Həqiqətən, əgər qadın bu rolları özündə birləşdirə bilsə, onun heyatı asanlaşacaq.
1. Birgə heyatın başlanğıcında qadını ən ağır, çətin dəyişikliklər gözləyir. Valideynlərinin ailəsindəki övladlıqdan  öz ailəsində heyat yoldaşının arvadına çevrilir. Artıq onun öz ailəsi var və o, bu ailənin başçılarından, qurucularından biridir.
2. İlk övladın dünyaya gəlməsi  ailənin inkişafının ikinci mərhələsidir. Bu dövrdə də mühüm dəyişikliklər gözlənilir. Ailə üzvləri artır, qadın  ana olur, kişi isə - ata. Bu məqamda çox diqqətli olmaq lazımdır  qadin analığı birinci yərə çəkib, heyat yoldaşını unutmamalıdır. Əks halda stress və onun ardınca ünsiyyət böhranı qaçılmazdır.
3. Sonra uşaqlar məktəbə gedir. Analar onlarla, bəzən onların əvəvzinə dərs oxuyur. Məktəb uşağa verilən tərbiyənin güzgüsüdür. Əgər uşaq yeni həyata asanlıqla uyğunlaşır  deməli sizin verdiyiniz tərbiyə üsulu düzgün və tərifə layiqdir.
4. Yeniyetməlik dövrü  bütün ailə üzvlıri üçün çətin sınaq dövrüdür. Siz məcbursunuz övladınıza inanıb onu yeni böyük heyata buraxasınız. Əgər yapışsanız ətəyindən, məcbur yanınızda saxlasanız onda ayrılığınız qəti və sərt olacaq. Amma əgər yeniyetmə zəif təbiətlidirsə - onda bu asılılıq onu mənəvi sındıracaq. Hər iki yol xoşagəlməzdir. Müsbət kompromis yolu tapmağa calışın. Məsləhət üçün psixoloqa müraciət edə bilərsiniz.
5. Övladın ata-ana ocağını tərk etməsi. Sonuncu ailə böhranının məqsədi  valideynlərin öz heyatlarını övladlarsız davam etməsidir. Qərb ölkələrində bu məsələ artıq həll olunub. Yaşlı insanlar səyahət çıxırlar, maraqlarına uyğun yeni iş tapırlar, bir sözlə, azadlıqlarından səmərəli istifadə edirlər.
PSIXOLOQLAR TƏKLIF EDIR:
Ailə xoşbəxtliyinin ümumi resepti mövcüd deyil. Amma bir çox müdrik insan bu məsələ haqqında öz fikirlərini bildirmişdir. Məsələn: fransız yazıcısı Onore de Balzak belə yazır:
 Ailənizi qoruyun, amma özünüzü unutmayın. Ailə üzvlərinə yardımçı olduqda, onların problemlərilə yüklənnməyin. Güzəşt edərkən, öz maraqlarınızı tapdalamayın. Başqalarına qulaq asın, amma özünüzə inanın. Ürəyinizdə kin saxlamayın, vaxtında deyin. Və ən əsası: sevin  sevilin: özünüzü, yaxınlarınızı, nəhayət, Həyatı onun bütün təzahürlərilə.

Sizə ugurlar.
.

9 mart 2010
GO BACK