Scriptophobia dəhşətli dərəcədə cəmiyyət içində yazmaqdan qorxmaqdır. Scriptophobia Latin sözü olub, script yazmaq sözündən yaranmışdır. Bu fobiyanın digər adı Graphobiadır. Bu söz isə yunan mənşəlidir. Bu fobiya şiddətli dərəcədə əlyazısından qorxmaqdır.
Dünyada yüzlərlə insan bu qorxudan əziyyət çəkir. Bu qorxu adətən məktəb vaxtı yaranır. Bir növ təhsilə qarşı olan qorxu da bu qorxunun kökündə dayanır.
Graphobianın səbəbləri
Yazmaq qorxunun əsasında keçmişdə baş vermiş mənfi təcrübə dayanır. Bu fobiya daha çox yazarkən kiminsə tənqidinə məruz qalmaqdan qorxudur. Bu insanlar başqalarının onlara gülməsindən çəkinirlər. Uşaq vaxtı məktəbdə onların əl yazısının ələ salınması və tənqid edilməsi uşaqlarda bu fobiyanın yaranmasına səbəb olur. Sinifdə yazı yazarkən panik atak halları ilə müşahidə olunur. Özlərinə qarşı olan güvən aşağı olur.
Bu qorxu bəzən ifrat dərəcədəb uğurdan qorxmaqla yanaşı olur. Bununla inanmaq qəribə gəlsə də, amma bu insanlar qəribə kompleks inkişaf edir və onlar öz düşüncələrini yazmaqdan qorxurlar.
Bu insanlar düşüncələrini yazmaqdan daha çox onların oxunacağından qorxduqları üçün yazmırlar. Düşünürlər ki, onların düşüncələri kimsə tərəfindən oxunsa, onları cəzalandıracaqlar. Bu bir növ cəmiyyət qarşısında çılpaq qalmaqdan qorxmağa bənzəyir.
Scriptophobia simptomları
Yazmaq fobiyasından əziyyət çəkən insanlar fiziki və emosional simptomlardan əziyyət çəkirlər. Həmin insanlar bacardıqca yazı yazmaqdan uzaq dayanırlar. Onların bəziləri ancaq gecə yazı yazırlar. Yazı yazarkən dodaqları quruyur, ürək döyütüləri artır, əlləri tərləyir, ürəkləri bulanır.
Bəzən bu qorxusu olan uşaqlarda mədə ağrısı olur. Bunu bəhanə edərək dərsdən qalırlar.
Bəzən valideynlər uşaqların bu fobiyasını başa düşmürlər. Bu uşaqlar cəmiyyətdən kənarda qalır, depresiyaya düşür və çox təşviş halında olur. Bir çox uşaqda bu qorxu ilə əlaqəli tək yatmaq qorxusu, yataq islatma halları baş verir. Bəzi uşaqlarda xəyali dostları yaranır.
Yazmaq qorxusunun öhdəsindən gəlmək
Uşaqlarda bu fobiya varsa, mütləq terapiyaya getməlidirlər. Konsultasiyasiyadan keçməlidirlər.
Böyüklərdə bu hal varsa, ilk növbədə bu qorxularını qəbul etməlidirlər. Onlar özləri üçün yazı yazarkən rahat mühit yaratmalıdırlar. Məsələn, musiqi qulaq asaraq, pəncərəni açaraq, otağı işıqlandıraraq. Qələm və kağızdan istifadə etmədən də yazı yaza bilərlər. Bu nisbətən bu qorxunu azaldacaq. Pillə-pillə yazmalıdırlar. Özlərinə kiçik hədəflər qoymalıdırlar.
Tərcümə edən: Aida Ustaclı