Qadin.NET / Qar fobiyası - Chionophobia

Qar fobiyası - Chionophobia

Qar fobiyası - Chionophobia

Chionophobia dəhşətli dərəcədə qardan qorxmadır. Bu söz yunan mənşəli qar mənasını verən "chion" və qorxu mənasını verən "fear" sözündən yaranmışdır.

Bu cür insanlarda, bu qorxuları tez - tez özünü göstərir və onlar bunu idarə edə bilmirlər. Qışda qar yağan ərazilərdə yaşayan bu fobiyalı insanlar üçün bu dəhşətli haldır. Belə fobiyası olan insanların ailəsi və yaxınları onların bu qorxularını başa düşmür və inkar edirlər. Onlar düşünürlər ki, bu insan diqqət çəkmək üçün bunları uydurur. Amma chionophobia həqiqi və ciddi qorxulardan biridir. 

Chionophobianın səbəbləri

Bu fobiya adətən uşaqlıq vaxtı qarla ilk tanışlıq zamanı yaranan travma ilə əlaqəli olur. Bədbəxt hadisə nəticəsində qar topundan zədə aldıqda bu fobiya yarana bilir. Şaxta zamanı pəncərələrdə donmağa başlayır. Küçədə əsən qorxunc uğultu uşaqlarda müəyyən fobiya yarada bilir. Yaxud buzda sürüşmə zamanı yaranan sınıqlarda fobiyaya səbəb olur.

Qar özü ilə bərabə sulu qar və dolu gətirir. Qarlı günlərdə çovğun olduğuda hamıya bəllidir. Belə havalarda təyyarələrin uçuşu mümkün olmur. Bu havalarda baş verən bəbəxt hadisələrin xəbərlərdə verilməsi təşvişli insanların qorxularını daha da artırır. 

Qar bəzi insanlar üçün buz üstə sürüşmək, xizəklə sürüşmək kimi əyləncəli fəaliyyətlər deməkdir. Yaralanmaqdan qorxanlar üçün qar artan təhlükədir. Digər irrasional qorxuları olan insanlar, sudan və ya donmaqdan qorxanlar üçün də qar qorxu mənbəyidir. 

Qar fobiyası - Chionophobia

Chionophobia -nın simptomları

Bu fobiyanın ən ağır simptomlarına qışqırmaq, ağlamaq, gizlənmək ehtiyacı hiss etmək, ürək döyüntüsü, depresiya, mədə ağrısı, qusma və. s daxildir. 

Qar fobiyasının müalicəsi

Simptomların dərəcəsindən asılı olaraq fobiyanın müalicəsi fərqli olur. Həkim yardımı alanda da bunları nəzərə almaq lazımdır. Məsələn, panik atak baş verirsə, bunun qarşısının alınması üçün müalicə üsulu tətbiq edilməlidir. Mütəxəssis ilk növbədə xəstənin hansı fobiyadan əziyyət çəkdiyini aydınlaşdırmalıdır. Bəzən bəzi xüsusi və sosial fobiyada qar fobiyası ilə oxşarlıq təşkil edir. Bu fobiyanı qış vaxtı müəyyən fəaliyyətlərinin imtinası ilə ifşa etmək mümkündür. Xəstənin ailəsi və dostları fobiyanı başa düşməli və xəstəyə qarın həmişə təhlükəli olmadığını və sadəcə müəyyən yerlərdə ehtiyatlı olaraq təhlükəni yox etməyin mümkün olduğuna inanması üçün dəstək olmalıdırlar. Qar və ya müəyyən hava vəziyyətləri haqqında ətraflı öyrənmə xəstədə müəyyən rahatlama yarada bilir.

Tərcümə edən: Aida Ustaclı

3 fevral 2017
GO BACK