Qadin.NET / Uşaqlıq dövrü pozuntuları (2) (childhood disorder)

Uşaqlıq dövrü pozuntuları (2) (childhood disorder)

Uşaqlıq dövrü pozuntuları (2) (childhood disorder)

Bu pozuntu birdən başlayan sürətli hərəkətə və ya səslərlə xarekterizə olunur. İki növ tik var: motor tik və vocal tik. Motor tik-ə sadə hərəkətlər daxildir: göz qırpma, dırnaq tıqıldatma və s. Bu hərəkətlər obsessiya halında dayanmadan təkrarlanır. Uşaq bunu saxlamaq üçün özünə mane ola bilmir. Vocal tik-ə isə heç bir məna ifadə etməyən səsin təkrarlanması aiddir. Vocal tik və motor tik eyni anda baş verirsə, bu Tourette disorder kimi tanınır.

Stereotypic Movement disorder

Bu pozuntusu olan uşaqlarda təkrarlanan hərəkətlər müşahidə olunur. Əl yelləmə, dırnaq yemə, bədəni yellətmək kimi. Bu uşaqlar negativ davranışlardan təsirlənirlər, hətta öz bədənlərinə zərər verə bilərlər.

Seperation Anxiety Disorder.

Bu pozuntusu olan uşaqlarda valideynlərindən və evlərindən ayrılandan həddindən artıq narahatlıq və təşviş halı olur. Bu uşaqlar çox stress keçirirlər. Məktəbə getmək, evdən ayrılmaq, gecələr ayrı otaqda yatmaq onlar üçün çox çətindir. Bəzən bu hal onlara fizik şəkildə də təsir edir. Onlarda qızdırma yaxud baş ağrısı ola bilər.

Uşaqlıq dövrü pozuntuları (2) (childhood disorder)

Selective Mutism

Bu pozuntusu olan uşaqlar ailə üzvlərindən başqa insanların yanında danışmaqdan çəkinirlər və danışarkən sözlərini yarımçıq qoyurlar. Bu uşaqlar yüksək dərəcədə sosial fobiya olur. Adətən bu pozuntu beş yaşından aşağı uşaqlarda rast gəlinir.

Rumination Disorder.

Bu pozuntu qidalanma pozuntusudur. Bu uşaqlar yemək yeyərkən yeməyi ağızlarında dəfələrlə çeynəyirlər və udmurlar. Bu hal adətən körpələrdə rast gəlinir. Bəzən daha böyük uşaqlarda da rast gəlinir. Bu pozuntu olan uşaqlarda həmçinin çatlamış dodaqları, pis nəfəs almanı və çəkinin itirilməsini müşahidə etmək olar.

Uşaqlıq dövrü pozuntuları (2) (childhood disorder)

Retts disorder

Bu pozuntu ancaq qız uşaqlarına təsir edir. Onlar inkişafdan qalırlar. Gəzməyi çox gec öyrənirlər. Ürək getmə halları müşahidə olunur. Bu uşaqların həmçinin danışıqları və ünsiyyət bacarıqları aşağı olur.

Reactive Attachment Disorder.

Bu pozuntuya nadir hallarda rast gəlinir, amma rast gəlinən uşaqlarda da ciddi təsirlər müşahidə olunur. Bu pozuntu çox vaxt tərbiyəçiləri yaxud valideynləri tərəfindən təcavüzə məruz qalan uşaqlarda müşahidə edilir. Həmçinin bu pozuntu daha ço yetim uşaqlarda da rast gəlinir. Bu uşaqlar hamıya qarşı soyuq münasibət göstərirlər, heç kimlər birlikdə oynamaq istəmirlər. Bu pozuntu olan böyük uşaqlarda isə açıq-aşkar agresiya və narahatlıq müşahidə olunur.

Oppositional Defiant Disorder

Bu uşaqlar digələrinə düşmən kimi baxırlar. Bu pozuntunun simptomlarına həddindən artıq əsəb, incidicək sözlər demək, xəsislik, başqalarına qarşı acıq hesab olunur. Bu uşaqlarda tez-tez əsəb partlaması olur.

Tərcümə edən: Aidə

Mənbə: http://www.buzzle.com/articles/types-mental-illness-list-disorders.html#back-to-top

12 dekabr 2016
GO BACK