Qadin.NET / Təşviş halının dərəcələri (anxiety disorder)

Təşviş halının dərəcələri (anxiety disorder)

Təşviş halının dərəcələri (anxiety disorder)

Təşviş halının simptomları

Fiziki simptomlar: Panik atak (təlaş tutması), soyuq və isti hərarət, ürək döyüntüsünün artması, sinə nahiyəsində sıxılma, sürətli nəfəs, yuxusuzluq, gərginlik hiss etmək, tez incimək.

Psixi simptomlar: həddindən artıq qorxu, narahatlıq, obsessiya (takıntı), narahatlıq.

Davranış: Sosial həyatda, işdə, təhsildə səni narahat edən situasiyalardan uzaq qalmağa çalışmaq.

Təşviş halının dərəcələri

Early-stage or onset anxiety (başlanğıc təşviş halı). Bu dövrdə simptomlar yeni başlayır, zəif stress halı, səbəbsiz narahatlıq olur. Bir dəfə həkimə müraciət etmək, bu dövrdəki xəstəliyin kökünü kəsə bilər.

Təşviş halının dərəcələri (anxiety disorder)

Mild severity. Xəstəliyin simptomları arabir və davamlı olur. Bu xəstələr yaşam tərzlərindən minimal şəkildə təsirlənirlər. Xəstəliyin bu dövründə xəstələrdə can sıxıntısı,  müəyyən qədər kədər və üzüntü halı olur. Xəstələrdə bu dövrdə vəziyyətdən asılı olaraq qorxu halları yaranır. Müalicə üçün bir neçə dəfə həkimə getdikdən sonra, ümid etmək lazımdı.

Moderate severity. Simptomları davamlı, təsirli, kompleks olur. Yaşam tərzləri onlar üçün dəyərsizləşmiş olur. Bu səviyyə keçid, həmin şəxslərin məcbur tapşırıqları yerinə yetirməsindən, bəzi fəaliyyətlərinin məhdudlaşdırılmasından yaranır. Onların vəziyyətində qorxu üstünlük təşkil edir. Həkim ziyarətlərini artırmalı və yaxşı olacaqlarına ümid etməlidirlər. 

Təşviş halının dərəcələri (anxiety disorder)

Xəstəliyin bu səviyyəsində, həkimlər yaşam tərzinin mənfi təsirləri nəticəsində yaranan simptomları meditasiya yolu ilə azaltmağın mümkün olduğunu müəyyən etmişlər. Bədbəxtlikdən xəstəliyin bu səviyyəsində, meditasiya altda yatan xəstə vəziyyəti maskalayır. Maskalanma xəstəliyin əlamətlərinin zaman-zaman təkrarlanmasına səbəb olur.

High anxiety. Xəstəliyin bu səviyyəsində, simptomlar kök salır, təkidli şəkildə təkrarlanır. Yaşam tərzləri əhəmiyyətli dərəcədə zədələnmiş olur. Həkimə vaxtarışı edilən ziyarətlər fayda vermir. Xəstəliyin simptomları müxtəlif şəkildə davam edir. Onları yüksək dərəcədə qorxular təqib edir. Bir çox insan bu səviyyədə vəziyyəti idarə edə bilmirlər. 

Xəstəliyin bu səviyyəsində çıxılan yol uzun ola bilər.

Very high anxiety. Xəstəliyin bu səviyyəsində simptomlar gərgin və güclü olur. Onların yaşam tərzi dramatik şəkildə zədələnmiş olur. Bu dövrdə özünü sağaltmaq üçün inam  böyük rol oyanayır. 

 

Tərcümə edən: Aidə

11 dekabr 2016
GO BACK