Qadin.NET / Uşaqlıq dövrü pozuntuları (childhood Disorders) (1)

Uşaqlıq dövrü pozuntuları (childhood Disorders) (1)

 

Uşaqlıq dövrü pozuntuları (childhood Disorders) (1)

 

Yetişkin dövrünün psixoloji pozuntuları kimi, uşaqlıq dövrünün də psixoloji pozuntuları var. Uşaq psixiatrları bildirirlər ki, uşaqların psixologiyası ayrıca öyrənilməlidir. Ona görə ki, uşaqların inkişafı valideynlərindən, tərbiyəçilərdən və digərlərindən asılıdır. Üstəlik, uşaqlar özlərini  sözlərlə ifadə edə bilmədikləri üçün, onlara diaqnoz qoymaq çox çətin olur.

Diqqət əksikliyi- Hipperaktivlik pozuntusu (attention deficit-Hyperactivity disorder)

Ən çox bilinən pozuntulardan olan  bu pozuntu, hiperaktiv davranışlar, diqqət dağınıqlığı ilə xarekterizə olunur. Bu uşaqların diqqəti tez yayınır, daimi hərəkət halında olurlar, dayanmadan danışırlar və çox vaxt qarşı tərəfi dinləmirlər.

Autizm (autistic disorder)

 

Uşaqlıq dövrü pozuntuları (childhood Disorders) (1)

 

Bu pozuntusu olan uşaqlar məhdud sosial əlaqə qurur və təkrarlanan davranışlar nümayiş etdirirlər. Bu pozuntunun simptomları özünü məktəbəqədər yaş dövründə göstərir. Autizmli körpələr 12 aylığına kimi heç bir səsi zümzümə etmirlər yaxud 18 aylıqları ərzində heç bir sözü səsləndirmirlər. Məktəbəqədər yaş dövründə olan uşaqlar, göz kontakından qaçırırlarsa, çox zəif fiziki kontak qururlarsa, digərləri ilə əlaqələri uğursuz olursa, bu uşaqlarda autizm pozuntusu var deməkdir. Bu uşaqlar müəyyən davranışları təkrar edə bilərlər, fincanları üst-üstə yığmaq kimi yaxud bəzi əşyaları sıra ilə düzmək kimi.

Davranış pozuntusu (conduct disorder)

Bu uşaqlar qəbul olunmuş sosial davranış qaydalarını qəbul etmirlər, inadkar şəkildə təkrar-təkrar qaydaları pozurlar. Bu pozuntusu olan uşaqlar çox vaxt digərlərinə qarşı agresiya nümayiş etdirirlər, heyvanlara işgəncə verirlər, oğurluq edirlər, tez-tez döyüşürlər, məktəbdə və evdə qaydalara riayət etmirlər.

Encoprises

Bu pozuntusu olan uşaqlar, könüllü şəkildə tualetlərini paltarlarına edirlər. Bu pozuntu ən çox tualet vərdişi öyrədilən yaşlarda, 4 yaşa kimi olan uşaqlarda rast gəlinir. Encoprises qəbzlikdən yaxud da psixoloji və nevroloji pozuntu olan tualetini saxlamaqdan qaynaqlanır.

 

Uşaqlıq dövrü pozuntuları (childhood Disorders) (1)

 

 

Yataq islatma (Enurises)

Yataq islatma yaxud enurises, bu pozuntu əsasən gecələr sidiyə getmə prossesini idarə edə bilmirlər. Enurises-in 3 növü var. Biri günlük(diurnal) enurises, ikincisi nocturnal enurises( gecələri), 3cü si isə mixed enurisesdir(qarışıq). Başlanğıc enurises tualet vərdişi öyrədilməyən yaşlarda olur, sonrakı level isə tualet vərdişi öyrədilmiş uşaqların stressli vəziyyətlərində baş verir. Bu davranışlar ən azı 2və 3 həftə təkrarlanırsa, bu uşaqlara enurises diaqnozu qoyulur.

Learning disorder (öyrənmə pozuntusu)

Bu pozuntu öyrənmək çətinliyi ilə əlaqəlidir.  Bu pozuntu  şəxsin necə dinlədiyi, danışdığı, başa düşdüyü ilə əlaqəli olur. Öyrənmə pozuntusu bacarıqlara görə qruplara bölünür. 

- Oxumağı öyrənmə bacarıqsızlığı (dissleksiya\ dyslexia)

- Riyaziyyatı öyrənmə bacarıqsızlıq (diskalkuli\dyscalculia)

- Yazmağı öyrənmə bacarıqsızlığı ( disgrafi\dysgraphia)

- Dil öyrənmə bacarıqsızlığı (aphasia\ dysphasia)

- Ümumi hərəkət bacarıqlarını öyrənmə bacarısızlığı ( dyspraxia)

- Görüntü prossesi pozuntusu

- Audio prossesi pozuntusu

Mental Retardation (mental retardasyon)

Daha çox intelektual bacarıqsızlıq kimi tanınır. Bu pozuntu normanın aşağısında intellektual bacarıqlar və adaptasiya ilə xarakterizə olunur. ( bacarıqların günlük həyatında dil öyrənmə ilə, sosial bacarıqlarla əlaqələnməsinə ehtiyacı olur.) Bu pozuntu daha çox 18 yaşdan aşağı uşaqlar da diaqnoz qoyulur.

Pika pozuntusu (pica disorder)

Əgər uşaq torpaq, təbaşir, gil yeyirsə, bu uşaqda pika pozuntusu var deməkdir. Əgər uşaq bir neçə ay bunu etməyi davam edirsə, demək bu diaqnoz doğrudur. Bəzən  zəhərləyici maddələrin, rəngli boyaların, makiyaj ləvazimatlarının yeyilməsi bağırsaqda maneələrin yaranmasına səbəb olur. Uşaqlarda bu pozuntusunun yaranmasına, qida çatışmazlığı, dəmir çatışmazlığı yaxud psixi stress, valideynlərin laqeydliyi, ailə məsələləri və yoxsulluq səbəb olur.

 

Tərcümə edən : Aidə

Mənbə linkdə: http://www.buzzle.com/articles/types-mental-illness-list-disorders.html#back-to-top

9 dekabr 2016
GO BACK