Qadin.NET / Təşviş Pozuntusu (Anxiety Disorder)

Təşviş Pozuntusu (Anxiety Disorder)

Təşviş Pozuntusu (Anxiety Disorder)

Təkcə Amerikada  40 milyon insanda təşviş pozuntusuna rast gəlinir. Təşviş pozuntusu uşaqdan-böyüyə kimi hər kəsdə rast gəlinə bilər. Təşviş pozuntusunun aşağıdakı növləri var:

Ümumi Təşviş pozuntusu

Ümumi təşviş pozuntusu olan şəxsdə ailə üzvləri, pul, münasibətlər və işdəki çətinliklər üçün daimi və həddindən artıq narahatlıq halı olur. Təşviş halının simptomları bunlardır: yorğunluq, təkrarlanan baş ağrıları, əzələ ağrıları, əllərdə və ayaqlarda keylik, səpmə, istilik hiss etmə.

Təlaş (panik) tutmaları

Böyüklərdə və uşaqlarda rast gəlinir. Adətən bu pozuntu olan şəxslərdə bəzən yaxud təkrarlanan panik atakları baş verir. Bu panik ataklar çox vaxt birdən və səbəbsiz olur. Bu təşviş halının simptomlarına bunlar daxildir: Sürətli ürək döyüntüləri, gərginlik hiss etmə, idarə olunmayan qorxu, baş gicəllənməsi, əsmə.

Təşviş Pozuntusu (Anxiety Disorder)

Spesifik Fobiya

Yunan sözü olan “fobos”dan yaranıb. Fobiya  xüsusi nəsnələrə qorxu hiss etmək halıdır. Həmin şəxs təhlükəli olmayan nəsnələrə qorxu hiss etməkdən əziyyət çəkir. Səbəbsiz qorxu fobik stimulun mənbəyidir. Hörümçəklərdən qorxu (araknofobiya), uçuş qorxusu (aviofobiya), itlərdən qorxmaq ( kinofobiya) və s.

Sosial Təşviş pozuntusu

Bu pozuntu həmçinin sosial fobiya kimi də bilinir. Bu pozuntusu olan şəxslər sosial mühitdə narahat və içlərinə qapanıq olurlar. Bu pozuntusu olan şəxslərdə yüksək dərəcədə utancaqlıqla bağlı düşüncələr ola bilər.

Təşviş Pozuntusu (Anxiety Disorder)

Travma sonrası stress pozuntusu (post-traumatic stress disorder).

Bu hal travma  sonrası yaxud baş vermiş hər hansı dəhşətli hadisədən sonra yaranır. TSSP-da nadir hallarda panik tutmaları (attack) ola bilər. TSSP-nun simptomlarına bunlar daxildir: keçmişə dönüş edən düşüncələr, keçmişdə baş vermişlərlə əlaqəli kabuslar, həddindən artıq ehtiyatlı olmaq(hypervigilance), digər insanlardan uzaqlaşmaq, olmuş hadisəni xatırlatan situasiyalardan qaçmaq.

Obsessiv-kompulsiv pozuntu

Bu pozuntu zamanı, insan istənməyən düşüncə və davranışları idarə edə bilmir və ya dayandıra  bilmir. Əgər səndə OKP varsa sən obsesiyadan(takıntı, hər hansı bir davranışa və ya düşüncəyə ilişib qalmaq) əziyyət çəkə bilərsən, belə ki, sobanı söndürməyi unutmaq və kimisə incitmək haqqında idarə oluna bilməyən düşüncələr səni dayanmadan narahat edə bilər.

 

Tərcümə edən : Aidə

23 noyabr 2016
GO BACK