Qadin.NET / Qumar asılılığı

Qumar asılılığı


 

Qumar asılılığı

 

 Qumar asılılığının ən əhəmiyyətli səbəblərindən biri həyatdan çətinlik çəkmədən  qaynaqlanmaqdır. Yəni daha az çalışıb, daha az əmək xərcləyib daha çox pula çatmaq fikri və daha yüksək bir həyat səviyyəsi məqsədinin yaratdığı impuls, tətikləmə adamı bu oyunlara yönəldən bir vəziyyətdir.

  İnsanların həyatında çətinliklər ola bilər, ya da adam həyatını daha zəmanət altına almaq istəyə bilər, bunun xaricində risk etməyi sevən kəslər də ola bilər, bu kəslər evlərinin açarını da masaya qoya bilər.

  Əslində asılılıq necə müalicə edilər sualına cavab vermək daha məntiqli olar, çünki asılılığın müalicəsini bilsəniz qumara istiqamətli bir sıra spesifik xüsusiyyətlərə  müdaxilə etməniz mümkün ola bilər.

  Qumar asılılığı ilə əlaqədar olaraq, adamın əvvəl fərqindəlik qazanması lazımdır. Bu kəslər həyatlarının çətin vəziyyətdə olduğunu və ya həyatlarını riskə atdıqlarının fərqində deyil.

  İlk məqsəd digər işlərdə olduğu kimi fərqindəlik yaratmaqdır. Fərqindəliyi yaratdıqdan sonrakı bu tək başına davranış dəyişməsi meydana gətirməz, adamın bu sahədə dəyişmə yaratması üçün özünü motivasiya etmək və motivasiyasını yüksək tutmaq və qərar almasını təmin etmək, məsələn bu qərarlar nədir, həyatında etdikləri  risk faktorları yerinə sağlam digər davranış formalarını qoymaqla əlaqədar qərar almasını təmin etmək və bunu davam etdirə bilməsi üçün dəstək olmağa davam etməkdir.

Burada əhəmiyyətli olan həyatına  yenidən başlaya  bilməsidir. "Eyni məkanda olum,  qumar oynadığım yoldaşlarla təkrar görüşüm,amma qumar oynamayacağam " tərzi yanaşmalar həqiqi deyil.

18 iyun 2011
GO BACK