Qadin.NET / Sosyopatdan uzaq durmaq üçün nə etməli?

Sosyopatdan uzaq durmaq üçün nə etməli?

Sosyopatdan uzaq durmaq üçün nə etməli?

1. Onların səndən istədiyini vermə. Sosyopatlarla münasibətdə olarkən cansıxıcı olun, çünki onların həyəcana ehtiyacı var. Sosyopatlar asanlıqla sıxılırlar. Buna emosional əyləncə də daxildir. Onlarla danışarkən sakit qalmağa çalış. Onlarla razılaşma, yaxud həyəcanlanma. Həmçinin, sosyopat sizdən nəsə istəyəndə, heç nəyiniz olmadığını iddia edin. Pulunuzu itirdiyinizi iddia edin, nəyiniz varsa, artıq oğurlandığını deyin. Onları nə ilə təmin edirsinizsə, bir bəhanə tapın və bundan məhrum edin onu.

2. Bacarırsansa uzaq qal. Birinci növbədə bu şəxsin bütünlüklə sosyopat olduğunu qəbul etməlisiniz, sonra siz o şəxsdən qaça bilərsiniz. Həmin şəxs iş yoldaşınız, yaxud dostluq qrupundadırsa, siz ondan yavaş-yavaş uzaq qalmağa cəhd edin. Yadda saxla, sosyopat sizin ondan uzaq qalma cəhdlərinizi anlaya və ləngitməyə çalışa bilər. Güclü ol və ona az vaxt ayır.

- Bunun mənası düşmən ol, deyil. Bu sizi həqiqətən pis vəziyyətə sala bilər.

- Həmin şəxsə heç vaxt “mən bilirəm, sən sosyopatsan” demə. Bu həmin şəxsi hiddətləndirə bilər və o sizin üzərinizdə qələbə çalar. Kobud olmadan silməyə çalışın.

3. Sosyopatın cazibəsinə qarşı immunitetin olsun. Sosyopat sizi cəzb etmək istəyəcək və sizi tora salmaq üçün təriflərdən, hekayələrdən istifadə edəcək. Yadda saxla, bir şəxsin sosyopat olduğunu müəyyənləşdirirdizsə, bunu geri qaytarmaq olmur. Heç bir cazibədar davranış və yalanlar sizi qaranlığa qaytarmağı bacarmamalıdır. Həmin şəxsin sizə yaltaqlıq edərək ikinci şansı qazanmasına izin verməyin.

- Sosyopat hiylə ilə sizə necə üzgün, tənha olduğunu, sizin onun üçün böyük əhəmiyyət kəsb etdiyinizi söyləyə bilər. Siz əgər onun yalan dediyini və manipulasiya etdiyini müəyyənləşdirmisinizsə, onun psixi pozuntudan əziyyət çəkməsi, sizin ona qarşı olan simpatiyanızın arxasında gizlənə bilməz.

4. Siz belə şəxslə tanış olmusunuzsa, mümkün olduğu qədər sürətlə uzaqlaşın. Əgər siz təsadüfən sosyopatla tanış olmusunuzsa, tez uzaqlaşın və özünüzü qoruma altına alın. Uzun müddət gözləsəniz, səhv şeylər baş verə bilər və siz daha çox bu şəxsin sorucu düşüncə xəttinə düşə bilərsiniz. Əgər sizə münasibəti bitirmək lazımdırsa, bunu bacardıqca tez həmin şəxsə söyləməlisiniz. Ona münasibəti onun sosyopat olduğu üçün bitirmək istədiyinizi söyləməyə ehtiyac yoxdur. 

- Yadda saxla, sosyopatla laqeyd insan arasında fərqlər var. Siz birinin soyuq davranışlarına görə sosyopat adlandıra bilərsiniz, amma bu əlamət sadəcə onun xarekteri ilə əlaqəli ola bilər. Əsil sosyopat digərlərinin düşüncələrinə və hisslərinə qarşı vecsiz olur.

- Əgər siz həqiqətən manipulasiya və idarə olunan münasibətdəsinizsə, özünüz bunu bitirmək istəməycəksiniz. Siz telefonla yaxud hər hansı dostlarınızın köməyi ilə məxsusluğunuzu qopara bilərsiniz. Sosyopat yox cavabını qəbul etməyə bilər. Əgər siz münasibəti bitirməyə cəhd etsəniz, sosyopat çıxılmaza salaraq, hətta zorakılığa əl ataraq sizi saxlamağa çalışa bilər.

 

Sosyopatdan uzaq durmaq üçün nə etməli?

 

5. Digərlərini xəbərdar et. Bu şəxsin sosyopat olduğunu dünyaya bildirmək üçün afişa asmağa ehtiyac yoxdur (digərləri üçün təhlükəli deyilsə). Sadəcə təhlükədə olduğunu düşündüyün insanları xəbərdar et. Mütləq onunla münasibətdə olan insanları xəbərdar edin. Bu şəxsin sosyopat olduğunu söyləyən adama əsəbləşməyin. Əgər situasiya qurbanı xəbərdar etmək üçün şərait yaratsa, düşündüklərinizi deməkdən çəkinməyin. 

6. Özünüzü düşünün. Sosyopatlar özləri haqqında düşünməyi bacarmayan insanlara qənimət kimi baxırlar. Ən yaxşı yol özünüzdə sosyopatın cazibəsinə qarşı immunitet formalaşdırmaqdır, yaxud gələcəkdə sosyopatla rastlaşanda həssas olmayın, özünüzü tanıyın, öz ideyalarınızı inkişaf etdirin, dünyaya öz gözünüzlə baxın. Sosyopatlar dərin düşüncəyə malik insanlardan uzaq dururlar, onları idarə etməyin çətin olduğunu bilirlər.

- Özün haqqında düşünmək üçün vaxt ayır, baş verən cari hadisələr haqqında məlumatlan və sizə inanan, özünə məxsus düşüncə sahibi olmaqda sizə kömək edən insanlarla vaxt keçirin.

- Bunun bir hissəsini etimadla etmək olur. Əgər siz özünüzə əminsinizsə, ideyalarınızdan da əmin olacaqsınız. Sosyopatları sizin yolunuza çıxmaqdan qorxacaqlar.

7. Sosyopatdan qorxmağı tərgidin. Öz düşüncə bacarıqlarınızdan, səbəblərdən istifadə edərək sakit cavab verin. Birincisi, sosyopatlar hər şeylə saxtakarlıq edə bilər, bura yuxarıdakı maddələrin hamısı daxildir. Belə ki, sosyopat iddia edə bilər ki, kiçik şeyləri şişirdirsiniz. İkincisi, sosyopatlar intelektualdılar və bu sizin bəlanızın resursu ola bilər. Ayaqda qalmağa cəhd edin, yaxud bəhanə taparaq bundan yayının, çünki onların intellektlərini hər şeyin mərkəzinə qoymaqlarına ehtiyacları var. Əgər siz sosyopatdan qorxmağı tərgitmisinizsə, onunla eyni səviyyədə, yaxud ondan daha yaxşı olma cəhdlərinizi dayandırın, uzaqlaşın və özünüzü önəmli, layiqli hiss etmək üçün çalışın, çünki sosyopat sizi manipulasiya edərkən çətin vaxtlar keçirəcəksiniz. Əksər sosyopat qatil, sadist, monster deyil. Onlar insani davranaraq qayğı ilə idarə edirlər. Onlar sosyopat olmağı seçmir, amma siz onların qurbanı olub olmamağı seçirsiniz. Özünüzü maarifləndirin, insan adam da manipulasiya edə bilər və digərlərinə pis davrana bilər. Hansı metodu seçməsi sizin əlinizdədir, bunun öhdəsindən gəlmək üçün öz həyatınızı qurun və irəliləyin.

- Bu demək deyil ki, sizin özünüzü güclü göstərmənizi sosyopat qiymətləndirəcək və bunu etməkdən imtina edəcək. Belə ki, sosyopat  enerjisini sizə sərf etməyi və sizi manipulasiya etmə cəhdlərini dayandıracaq, çünki o biləcək ki, siz hər bir vaxt onlara bunu dayandırmağı deyəcəksiniz. Bu sosyopatı darıxdıracaq, sosyopatlar canlarının sıxılmasını sevmir.

Tərcümə edən: Aidə

 

Mənbə linkdə: http://www.wikihow.com/Spot-a-Sociopath

14 noyabr 2016
GO BACK