9. Nəzərdən keçir, əgər şəxs göz təması qurmursa. Sosyopatlar bilir ki, digərləri ilə aşırı təmas çətindir. Həmin şəxs göz qurmur, çünki digərlərinin göz zilləməsindən narahatdırlar, bunun empati yaratdığını bilirlər və bundan qorxurlar. Onlar qarşılıq əlaqəni başqa yolla qurmaq üçün üzlərini yana çevirə və nəsə deyə bilərlər. Əgər onlar bu şəxsə ehtiyac duysalar, onu qurbana çevirmək üçün cəhd edəcəklər, onlar qəribə şəkildə baxacaqlar, çünki onları kiminsə gördüyünü düşünmürlər. Bu zaman sui-istifadə etməyə cəhd göstərəcəklər və bunu bacaracaqlar. Belə davranışlar qarşılıqlı bağlıdır; digərlərin onlarla razılaşmasına və onlar üçün nəsə etməsinə ehtiyacları var.
10. Onların üzünü oxu. Üzlər şəxsiyyət haqqında çox şey deyir. Üzdəki hər xüsusiyyətin öz hekayəsi var. Əgər biri üz oxumağı bacarırsa, o asanlıqla normal şəxslə sosyopatı ayıra bilər. Şəxsin psixikasını bilmək üçün ən yaxşı yol gözlərdir.
11. Əgər şəxsin çox az dostu varsa. Siz həqiqi dostu olmayan şəxsdən qorunmalısınız, baxmayaraq ki, dostluq lotereyasında hər kəsin bəxti gətirmir. Ola bilər ki, bəziləri idarə etmək üçün ətrafla əlaqə saxlayır, lakin cəhd et, şəxsin insanlarla əsil əlaqələrini tap. Əgər bir şəxsin az qala heç dostu yoxdursa, onda nələrinsə düz getmədiyi ilə bağlı yüksək şans var. Saxta dostluğun altında o, şəxsin çox utancaqlığı yaxud da başqa səbəb ola bilər.
- Bu hal ailə üzvləri arasında da ola bilər. Əgər bir şəxs ailə üzvləri haqqında danışmırsa yaxud bu haqqda heç nəyə toxunmursa, burda bir problem var demək. Əlbəttə ki, bu şəxsin danışmamağı üçün başqa səbəb ola bilər, belə ki, çətin uşaqlıq dövrü keçirmiş ola bilər.
- Keçmişlə bağlı saxta əlaqəni axtar. Əgər bir şəxsin universitetdən, məktəbdən və keçmişdən bir dostu yoxdursa, ola bilsin ki, o sosyopatdır. Onlar ideal hədəflər və qurbanlar tapır və ona doğru istiqamətlənirlər. Onlar insanların viran etməyi arzulayırlar.
12. Əgər bir şəxs sizi xüsusiləşdirirsə. Sosyopatlar insanlarla görüş və onlarla tez bir zamanda yaxınlaşırlar. Belə ki, sizin geriyə qayıtmaq və düşüncənizi dəyişmək şansınız olmur. Bir neçə həftə ərzində sosyopat ətrafında dönüb dolaşmağa başlayacaq və siz ona qarşı romantik cazibə duyacaqsınız. O sizi, onun ruh əkizi olduğunuzu hiss etdirə bilər, çünki o insanları yaxşı oxuya bilir və sizin nə eşitmək istədiyinizi söyləyə bilir. Sosyopat sizin yaxın münasibətdə olan ehtiyaclarınızı müəyyənləşdirir, sonra ehtiyac və xəyallarınıza əsasən maskalarını taxır.
- Əgər sizin tanışlarınız varsa, sosyopat tezliklə dostlarınızla əlaqə saxlamanızın qarşısını alacaq, çünki onları özünə təhdid hesab edir. O dostlarınızla əlaqə qurmamaq üçün bəhanələr gətirəcək. Məsələn, “ Onlar mənə heç vaxt şans verməyəcək.” “Onlar səni mənə qarşı dolduracaqlar“ və s. Onlar qurbanla oynayacaq və hədəflərini empatik müdafiədən çıxarmağa çalışacaqlar. O sizin yeganə xilas edicinizin özü olduğunu göstərəcək, sizin onunla bütün vatıxınızı keçirmənizi, yalnız onu dinləmənizi istəyəcək.
13. Əgər həmin şəxs qeyri-kamildirsə. Sosyopatlar öz səhvləri üzərində öyrənmirlər və eyni səhvləri dəfələrlə təkrar edirlər. Buna görə də, digər insanlarla nisbətdə onlar inkişaf etmirlər. Həmin şəxsin karizmasının altında gizlənən qeyri-kamil davranışı tap. Aşağıdakı davranışları axtar.
- İfrat eqoizm. Həmin şəxs özü üçün hər şeyi istəyir. Bununla belə bölüşmək istəmirlər.
- Nəhəng eqo. Həmin şəxs özünə bağlanıb qalır və digərlərini vecinə olmur.
- Ehtiyaclılıq. Həmin şəxs bir ara özü üçün sizi yanında istəyə bilər.
- Vəzifələri üçün hazır olmamaq. Ona verilən vəzifələrə hazır olmaya bilər. Onlar işlərini digərlərinə ötürəcək və öhdəsindən gəlməyəcəyi krediti götürəcək, bütövlükdə vəzifələrindən imtina edəcək.
Tərcümə edən: Aidə
Mənbə linkdə : http://www.wikihow.com/Spot-a-Sociopath