Qadin.NET / Sosyopatı necə tanımalı? (2)

Sosyopatı necə tanımalı? (2)

Sosyopatı necə tanımalı? (2)

5. Əgər həmin şəxsin qeyri-adi intellekti varsa. Bəzi məşhur sosyopatlar güclü əqli zəkaya malik olurlar və kitablarsız yüksək akademik bacarıq göstərə bilirlər. Onlar bunu tətbiq etməklə yüksək akademik bacarıqlar göstərə bilərlər və yüksək dərəcə əldə edirlər. Lakin sosyopatlar insanlara kömək etmək yerinə yüksək intellektlərindən insanları incitmək və manipulasiya etmək üçün istifadə edirlər. Onların ifrat intellekti onları təhlükəli edənin bir hissəsidir, çünki onlar tez-tez özlərindən öndə olan insanları izləyəcəklər və onların izini tutacaqlar. 

- Bir çox məlum olan seriyalı qatillər yüksək IQ- yə sahibdilər; bunun bir səbəbi onların uzun müddətdə  polisdən qaça bilməsidir.

6. Əgər o manipulasiya edirsə. Sosyopatlar insanın zəifliyini anlayır və bundan maksimal dərəcədə istifadə edirlər. Onlar qərarlı şəkildə fərdləri hər şeylə manipulasiya edə bilər. Zəif insanlar sosyopatlar üçün qənimətdir və güclü insanlardan uzaq dururlar. Onlar kədərli, müdafiəsiz insanlar axtarırlar, çünki belə insanların zəif hədəf olduqlarını bilirlər. Bir başqa sözlə heç nəyə nail olmamış insanları manipulasiya etmək daha asandır. Əgər şəxs digər insanları əldə edə bilirsə, onun nə istədiyini gözdən keçirir.

- Sosyopatlar şəxsi anlamadan yavaşca onun üzərində üstünlük əldə edib, idarəsi altına keçirirlər. Onlar hər situasiyada idarəni xoşlayırlar və ətraflarında güclü insanların olmasından narahat olurlar. Onlar həmişə müdafiəsiz qalmaqdan narahat olurlar. Güclü insanlar ətrafda olanda açığa çıxmaqdan qorxurlar. Onlar güclü insanlardan bacardıqca uzaq qalırlar, onlarla zəif əlaqələri olur. Lakin sosyopatlar üçün güclü insanları aldada bilmək, görünməz qalmaq qənimət kimidir. Bir dəfə açığa çıxdıqlarını hiss etsələr, sonuncu kartlarını oynayacaqlar yaxud da bəhanə taparaq uzaqlaşacaqlar. Onlar psixoloji hərbdə üstünlük qazanırlar, sonra digər şəxsdə özlərindən asılılıq yaradırlar. Onların oyun planı vaxtaşırı insanları zəiflətməkdir, bu zəhərə oxşayır. Zərər verərkən görünməz qalmaq onların obrazıdır.

- Gözdən keçir, əgər bu şəxs istədiyini əldə etmək üçün rahat şəkildə insanları aldadırsa və açıq-aşkar yalanlar söyləyirsə. Eyni yolla izlə, həmçinin kiçik yaxud empatiyası yox dərəcəsindədirsə, kasad dürüstlüyü varsa.

7. Davranışda təhrik edici zorakılıq axtar. Uşaqlar kimi bəzi sosyopatlar müdafiəsiz heyvanlara – qurbağalara, it və pişik balalarına və hətta insanlara işgəncə edirlər. (Bu yeniyetməlik dövründə üzə çıxmış ola bilər, sonra zədə zehni və ya duygusal istismarla nəql edilə bilər). Bu zorakılıq həmişə təhrikedicidir və müdafiəsiz zorakılıq deyil. Onlar heç nədən dram yaradacaqlar, yaxud da ağıllarında digərləri nə deyər, dönəcək. Onlar bununla qarşı-qarşıya qaldıqda, bunu digər yolla qiymətləndircək, şəxsin empatiya və qayğısını umaraq özlərini müdafiə altına alacaq, uzun müddət bilinməz qala bilər. Onların digər yolla qiymətləndirmə cəhdi həm sis pərdəsində üzə çıxmaq və digər yandan situasiyanı dəyişməkdir.

- Əgər sizdə bir hiss var ki, bu şəxs zahirən sakit olarkən istənilən an zorakılıq edə bilər, bu insan ola bilsin ki, sosyopatik davranışları nümayiş etdirir.  

8. Əgər şəxsdə nəhəng eqo varsa. Sosyopatlarda tez-tez böyüklük yanılması olur və onlar  dünyadakı ən dahi insan olduqlarını düşünürlər. Onlar tənqidə qarşı reaksiyasız olurlar və özlərinə qarşı şişirdilmiş hissləri var. Onların həmçinin öz hisslərinə yüksək ad verirlər, düşünürlər ki, digərlərinin onlar üçün yaratdığı gözəl şeylərə, onların rifahı üçün baxışlarına belə layiqdirlər. Digərləri onların vecinə deyil, sadəcə onlardan istifadə etməyi arzulayırlar. 

- Həmçinin onların öz bacarıqlarına qarşı real olmayan düşüncəyə sahib olurlar; məsələn, onlar ola bilər düşünsün ki, rəqs etmək və ifa etməklə bağlı yüksək istedadları var. Amma reallıqda bu sahə ilə bağlı heç bir bacarığı olmaya bilər.

- Həmin şəxs həmçinin düşünə bilər ki, heç bir sübuta ehtiyac olmadan ətrafdakılardan üstündür.

- Həmin şəxs tamamilə narsist ola bilər. Belə ki, uzaqdan başqalarının onun haqqında nə dediyi ilə maraqlana bilər. Həmçinin dünyada digərlərini incələməkdən daha çox, vaxtının çoxunun güzgü qarşısında geçirəcək. Ümumiyyətlə həmin şəxs kiminsə nə dediyini eşitmək istəmir.

Ardı var...

Tərcümə edən: Ustaclı

 Mənbə linkdə : http://www.wikihow.com/Spot-a-Sociopath

5 noyabr 2016
GO BACK