Evlənmək dəvəti nə üçün gecikir?
Cəmiyyətdə bütün növ münasibətlər daim inkişaf edir. Işdə - işgüzar, ailədə - şəxsi və ya dostluq münasibətləri.
Ailənin qurulması, rəsmi nigah proseduru münasibətlərin yeni mərhələsidi. Ailənin hər iki üzvü rəsmi status alır və özünü daha inamlı hiss edir. Ən çox da bu əminlik hissi qadın üçün vacibdir.
Belə də olur ki, qadının həyatında sevgi münasibətləri bir, iki, bəzən də üç ilədək uzanır, amma onun seçdiyi insan ona evlənmək dəvətini etmir. Bu halda o qadının qəlbində əks hisslər yaranır. Və zaman keçdikcə daöili konfliktə çevrilir.
Her bir situasiyadan çıxış yolu tapmaq olar.
Birincisi baş verən hadisədə dərhal oğlanı günahlandırmaq, ondan incimək lazım deyil. Mənfi emosiyalar situasiyanı daha da gərgin edə bilər. Sakit və təmkinli olun.
İkincisi ondan evlənmək dəvətini eləmədiyinin səbəblərini soruşmağa çalışın. Amma Sən nə üçün mənimlə evlənmək istəmirsən? və ya Sən mənimlə evlənməlisən, yoxsa... kimi hədələr heç bir fayda verməz, əksinə o insanı daha Sizdən uzaqlaşdırar.
Bəlkə sizin sevgiliniz mühüm addım atmaqdan, sadəcə, qorxur. Adətən, kişilər öz qorxuları haqqında danışmağı xoşlamırlar. Ona görə səbrli, təmkinli və mehriban olun.
Üçünçü fakt - əgər səbəbləri tapdıqdan sonra da o, yenə də susur və sizə qarşı münasibəti olduğu kimi galır deməli onun üçün bu növ münasibət əlverişlidi, və o, heyatında sizi xanımı kimi görmür. Bu fakt acı olsa da qadın bunu qəbul etməlidir. Mümkün qədər tez o insanla münasibətləri bitirməlidir və ondan uzaqlaşmalıdır.
Dördüncü səbəb bəlkə siz həddindən artıq öz istəyinizdə inadkarsınız? Qoy evlənmək dəvəti səmimi olsun.
Və sonda...
Sadalanan faktları ancaq həqiqətən sevdiyiniz insana yönəldin. Ilk öncə özünüzdə, öz hisslətinizdə əmin olun. Məqsədiniz istədiyinizi əldə etmək olmasın bu sizi ancaq ucuruma aparar. Hisslərinizdə səmimi olun, onda sevdiyiniz insan da sizə inanar və mütləq, tez bir zamanda, evlənmək dəvətini edər.
Size ugurlar.