Qadin.NET / İlk baxişdan xoş təsir bağışlamaq istəyirsiniz?

İlk baxişdan xoş təsir bağışlamaq istəyirsiniz?

'İlk


İlk baxişdan xoş tə'sir bağışlamaq isteyirsiz?
Psixoloqlar Sizə bunun üçün 11 üsul təklif edir:

1. Sakit olun! Adətən, insan əsəbləşəndə, həyəcanlananda, özündən asılı olmadan, hər hansı bir ağılsız hərəkətə yol verir: ya nəisə dağıdır, ya nəsə əlindən düşür, ya da hersiz sözlər danışır. Bele səhvlərə yol verməmək üçün əmin olun ki, Siz daxilən tam sakitsiniz.

2. Həddən artıq gərgin və ciddi olmayın. Bu görünüş Sizin haqqınızda mənfi təəssürat bağışlayır, bəzi insanları qorxudur. Yadınıza salın, şənliklərdə, yığıncaqlarda, hamı çalışır şən əhval-ruhiyyəli insanların yanında olsun. Pozitiv əhval ətrafa yayılır. Daha çox adamların diqqətini cəlb edir. Ən əsas, gülər üzlə Siz daha cazibədar görünəcəksiz.

3. Ağıllı görünməyə can atmayın. Bilin ki, bəzi kişiləri ağıllı qadınlar qıcıqlandırır. Təbii, səmimi olun.

4. Düzgün müşahidə - uğur əldə etmənin tam yarısıdır. Çalışın müşahidə etdiyiniz insan ona qarşı marağınızı hiss etməsin.

5. Hərəkətlərinizə fikir verin. Danışığınız səlis, emosiyalarınız mülayim olmalıdır. əgər həmsöhbətiniz məzəli əhvalat danışırsa sadəcə gülümsəyin.

6. Gözlədiyiniz şahzadə ilə görüşə həmişə hazır olmalısınız: saçlarınız səliqəli, geyiminiz təmiz, qaş gözünüz azca sürmələnmiş. Bilmək olmaz, bəlkə Siz Onunla mağazada rastlaşacaqsız?!

7. Qamətiniz həmişə düz, gözəl olmalıdır. Düzgün qamət insanın özünəinamlı olduğunu göstərir.

8. Siyasətçi olun. Çalışın həmsöhbətiniz daha çox danışsın. Bu Sizə onun haqqında daha çox məlumat toplamaqda kömək edər.

9. Fikirlərinizi yumşaq, mülayim tərzdə izah edin. Siz sadəcə söhbət edirsiniz, bu nə debatdır, nə də ki, breyn-rinq.

10. Dəbli, həddən artıq super müasir görünməyə çalışmayın. Onsuzda həqiqət üzə çıxacaq.

11. Söhbəti qətiyyətlə yekünlaşdırmağı öyrənin. Yarımçıq dialoq yeni görüş üçün gözəl səbəbdir.

Size ugurlar.
Həmişə sizi düşünən Sizin psixoloq

2 mart 2010
GO BACK