Qadin.NET / Haqlı olmaq mübarizəsi

Haqlı olmaq mübarizəsi

Haqlı olmaq mübarizəsi

 Hər zaman iki insan arasında anlaşılmazlıq  “mən haqlıyam “ sözü ilə nəticləndikdə mütləq mübahisə düşəcək. Əgər mənffət həqiqəti üstələyərsə, o zaman burada heç bir həqiqətdən söz gedə bilməz. Bəs nahaq tərəflə haqlı tərəfi necə analiz edə bilərik? Burada yalnız kiçik bir sirr var. İzn verin qarşı tərəf haqlı siz isə xoşbəxt olan tərəf olun! Hər zaman qarşınızdakı insan haqlı olma istəyi ilə sizi üstələyəcəkdir. Bu isə bir çox yanlışlıqlara, anlaşılmazlıqlara yol açacaq. Xoşbəxt olmayan insanlar həmişə haqlı görsənmək istəyən insanlardır. İnsan nə zaman bədbəxt olur, bilirsiniz? Haqlı olmağa çalışdıqda. O insan xoşbəxt olmağı bacarmır, ona görə də izn verin digərləri haqlı olmağın, siz isə xoşbəxt olmağın dadını çıxarın. Amma qarşı tərəfə “sən haqlısan!” dedikdə yalandan yox, içdən deyin. Bu sizin emosiyanızda, səs tenpində, davranışlarınızda özünü göstərməlidir. 

Haqlı olmaq mübarizəsi

Bəs sual yaranır: Niyə axı insanlar haqlı olmaq istəyir ki?

Səbəbi haqlının sözü tarix boyu keçmədiyi üçün. Haqlı və adil insanın sözü heç zaman keçmir, hər zaman güclünün sözü daha qüvvətli və keçici olur. Əslində haqlılığın kölgəsində gizlənəndə elə məhz güclü olmaq mübarizəsidir. Digərinin üzərində hakimiyyət qurmaq istəyi. Söylədiyimizin nə qədər vacib olduğu önəmli deyil, güclülərə nə söylədiyimizin önəmi var. İnsanlar həmişə Allahın xoşuna gəlməkdən çox padşahın xoşuna gəlməyi üstün tuturlar. Biz də nədən haqlı olmaq istəyirik? Çünki haqlının yanında güc var! 

Haqlı olmaq mübarizəsi

Hər bir kişinin arzuladığı ideal qadın kimdir? Yaxşı evdar qadın, ehtiraslı sevgili, yoxsa qayğıkeş ana? Bəlkə də bütün bunları özündə birləşdirən bir xanım? Hər bir qadının arzusu fərqli omaq üçün bu sirrləri öyrənməkdir.

Hər bir qadında qadınlığın bütün bu nümunələrinin təzahürləri var yalnız müxtəlif dərəcələrdə. Bəzən bir qadında bir neçə bu xarakterlərin birləşməsini görə bilərik.

Kişilərin 7 əsas ehtiyacı vasitəsilə qadınlarda hansı xüsusiyyətləri axtardıqlarını və dəyər verdiklərini öyrənə bilərik.

14 iyul 2016
GO BACK