Komfort zona, şəxsin özünü etibarda və rahat hiss etdiyi, yaxşı tanıdığı, daha öncədən qarşılaşmış olduğu vəziyyətləri əks etdirən zonadır, bir növ görünməyən bir divarla əhatə olunur. Rahatlıq sahəsi içində olmaq, nizamı pozmamaq, bu öyrəşilmiş nizam içində qalmaq və risk almamaq mənasına gəlir. Həyəcan səviyyəsi aşağıdır, enerji sərfi tələb etmir. Əslində bu, şəxsin özünü zehni olaraq məhdudlaşdırmasıdır. Həmişə eyni növ içkinin sifariş etmək, eyni oteldə istirahət, eyni restoranlara gedib eyni yeməyi yemək komfort sahəsinin içində qalmağın bir göstəricisidir. Şəxs günlük həyatında rahatlıq sahəsinin içində qaldığı müddətcə standart performansını göstərməyə davam edəcək. Yəni inkişaf olmayacaq. Ancaq, bir mənada şəxsin yeni sahələrdə müvəffəqiyyət göstərməsi və özünü "məcbur etməsi" üçün rahatlıq sahəsinin xaricinə çıxması lazımdır. Amma bu hər zaman asan olmaya bilər. Zamana, məkana, ətrafdakı insanlara və mühit şərtlərinə görə də dəyişə, özünə güvən və cəsarətlə genişlənə biləndir və bu sahənin xaricinə çıxmağa çalışarkən hiss olunan çətinlik səviyyəsi də insandan insana fərqlilik göstərəcək. Rahatlıq sahəsinin xaricinə çıxmaq, stressə və qeyri-müəyyənlik ilə qarşı – qarşıya qalmağa yol açar. Bu yeni çətinliklərlə başa çıxa bilmək üçün hansı üsulun etibarlı olduğunu tapmaq yeni bir öyrənmə prosesi keçiləcək və inkişaf beləcə başlamış olacaq. Əvvəl çox səy göstərərək, enerji xərclənərək edilən işlər indi daha az enerjiylə edilər hala gəlir. Lakin, rahatlıq sahəsindən uzaqlaşmaq, insanın çaxnaşma (panik zona) sahəsinə girməsiylə də nəticələnə bilər.
Günlük həyatımızda yaşadığımız komfort sahəsi içində insanlar özlərini güvəndə hiss edirlər bəlkə də, amma əslində müvəffəqiyyət, xəyallar reallaşması və özgüvən duyğusunun artması, uğurun meydana gəlməsi üçün bu dairədən zaman – zaman çıxmaq lazımdır.
Rahatlıq sahəsinin xaricinə çıxmağı tələb edən bir vəziyyətdə insanın ağılından keçəcək sualların bəziləri bunlardır:
1. Şübhələrim nələrdir?
2. Rahatlıq sahəsinin xaricindəki risklər nələrdir? Rahatlıq sahəsində qalsam riskim nə olar?
3. Məni həyəcanlandıran / qorxudan nədir?
4. Məni dayandıran nədir?
"Rahatlıq sahəsinin xaricinə çıxma" ifadəsinə pararlel olaraq İngiliscədə "think outside the box" ifadəsi də fərqli və qeyri – adi düşünməyə, ənənəvi olmayan düşünmə formalarına və yeni perspektivdən baxmağa işarə edər.
Babək Bayramov