Qadin.NET / Zəif psixotip

Zəif psixotip

Zəif psixotip

Ətrafınızda : Bir Depresiv kədər xarakterli insan varsa? O zaman səbrli olun ..."Həyat çox acımasızdır "
Şüarı – Həyat çətinliklərin üzərində qurulub.
Depressiv kədər psixotipinin nümayəndələri daim həyatlarından şikayət edirlər. Bu insanlar əsasən pozitivdən yan keçərək neqativi üstün tuturlar. Sözügedən tipə sahib insanlar elə düşünürlər ki , sanki kədər onları izləyir.Sevgi dedikdə ilk ağıllarına gələn ayrılıq ,xəyanət, qovuşmama və sonda isə tək qalıb acı çəkmək olacaq.özlərini hər zaman qurban kimi göstərib, qarşı tərəfi idarəetməyi xoşlayırlar.

Depressiv kədər psixotipinə aid olan insanlar gün ərzində daha çox problemlərindən danışmağa meyilli olurlar. 

Zəif psixotip

Bu insanlar həyatında nə baş verəcəksə 90% pis olacağını düşünürlər. Onlar məsuliyyəti öz üzərlərindən atıb daim başqalarından yardım gözləməyə üstünlük verirlər. Bu insanlar özlərini yazıq göstərərəkdən qarşı tərəfi rahat manipulyasiya edə bilirlər.
Depressiv kədər psixotipinə aid olan insanlar gələcəyə baxmağı sevmirlər, lakin keçmişə nəzər salaraq səhvlərini analiz etməkdən zövq alırlar. Onlar insan uğurlarına adi yanaşaraq, qarşı tərəfi ruhdan salırlar. Bu psixotipə aid olan insanlar problem yaradıb,problemdən qaçmağı xoşlayırlar. 
Bu zəif psixotipdir.

19 iyun 2016
GO BACK