Qadin.NET / İsteroid xarakteri

İsteroid xarakteri

İsteroid xarakteri

Şüarı – Gəldi konfilikt saldı və getdi.
İsteroid psixotipli insanlar daim diqqət mərkəzində olmaq üçün əllərindən gələni edirlər. Bu insanların nitqi melodik olur, artistlik qabiliyyəti yüksək və dəbə uyğun geyinməyi sevirlər. Sözügedən tipə sahib insanlardan başqaları zövq alırlar.
Hər bir addımlarında diqqəti özünə yönləndirmək üçün səy göstərirlər. Eqoisdirlər və asanlıqla ətrafında olan insanlara yalan danışa bilirlər. Belə insanlar çox zaman özünü aktyorluq qabiliyyətinə malik şəxslər kimi təsəvvür edirlər. 

İsteroid xarakteri

Həyat onlar üçün teatrdır, ətrafdakılar isə izləyici. Bu səbəbdən isteroidlər özlərini nümayişkaranə şəkildə aparır və başqalarının onlara fikir verməsinə can atırlar. Ünsiyyət qurduqları zaman onlarda sünilik və həddindən artıq söhbətcillik müşahidə etmək olar və eyni zamanda uca səslə danışmağı sevirlər.

İsteroid xarakteri

İsteroidlər böyük fantaziya ilə yaşayıb öz dediklərinə bütövlükdə inana bilirlər. Bu psixotipin nümayəndələri istədikləri zaman intiriqa salmağa meyilli olurlar. Bu cür insanlar sözünü (həm pozitiv, həm də neqativ) demək üçün istənilən imkanlardan istifadə edir və çox rahatlıqla qarşı tərəfi təhrik edə bilirlər. Bu zəif psixotipdir.


13 iyun 2016
GO BACK