Qadin.NET / Psixoloq Doğan Cüceloğlundan tövsiyələr (1)

Psixoloq Doğan Cüceloğlundan tövsiyələr (1)

 

Psixoloq Doğan Cüceloğlundan tövsiyələr (1)

 

1. Bir cəmiyyət ancaq qadınlar qədər aydındır.

2. Sənmi əşyalarının, əşyalarınmı sənin sahibindir?

3. Onları həqiqətən anlamaq üçün, indi bu ana bir də uşağınızın gözü ilə baxın.

4. ”Kaş ki” deyil, “yaxşı ki” deməsi üçün, uşağınız xəta edərkən gülümsəyin.

5. Ən vacib dinləmə orqanı gözdür.

6. Müəllimin sevgisi, şagirdin zehnini və könlünü bəsləyər.

 

 

7. Məsuliyyətli olmağı öyrənən uşaq, iş bitirən güclü bir fərd olur.

8. Müəllim, gəlcəklə indi arasında bir körpüdür.

9. Uşağını adam yerinə qoyan ailələrdən məsuliyyətli, yaxşı vətəndaş yetişir.

10. Ana qucağı uşaqda güvən və sevgi inkişafının qaynağıdır.

11. Uşaqlığını doya-doya yaşamışların gözləri işıl-işıldır.

12. Öz şahidliyini dost edən heç tənha qalmaz!

13. Müqayisə edilmə sevgisizlikdir; müqayisə edilən uşağın ruhu zəhərlənir.

14. Mənim özümdəki gerçək "Mən" ola bilməyim üçün, içimdəki "Bizi" kəşf etməm lazımdır.

15. Xəta edilməsinə izin verilməyən bir mühitdə uşaq inkişaf etməz.

16. Zaman və xərcliyi şüurlu istifadə etməyi diqqətə alan ailənin uşağı; özünü, vəzifələrini, könlünün muradını yaşamağı diqqətə alan bir insan olaraq yetişir.

17. Yaxşı ata, ana olmaq üçün əvvəlcə yaxşı insan olmaq lazımdır.

 

Psixoloq Doğan Cüceloğlundan tövsiyələr (1)

 

 

18. Cəmiyyətin gələcəkdəki sağlamlığı, uşaqların zehinlərini və könüllərini indi necə inkişaf etdirdiyimizdə yatar.

19. Özünü anlamadan başqalarını, başqalarını anlamadan həyatı anlaya bilməzsən.

20. Ağıllı insan iki şeydən vaz keçməz: Etibar edəcəyi insanlarla dost olmaq və etibar ediləcək bir insan olmağı.

21. Qorxudularaq böyüdülən uşaq, hiyləgərliyi və hiyləgərcəsinə aldatmağı öyrənir.

22. Uğursuzluğu yaşamayan, uğurun dadına çata bilməz.

23. Keçmişiniz daşımaqda çətinlik çəkdiyiniz bir yükdür, yoxsa gələcəyə azad uça biləcəyiniz bir cüt qanad? Bilməkdə fayda vardır.

24. Mükəmməl deyil, yaxşı insan yetişdirməyi hədəfləyin.

25. İnsanın ən əsas şahidi özüdür. Bu gerçəyi kəşf edən artıq yalan söyləməz.

8 may 2016
GO BACK