Çoxdan xaricdə yaşayan və Vətənə gəldiyində gördüklərindən təsirlənən yaxın bir dostumun məktubundan...
“Salam, əziz dostum. Necəsən?
Bunları mən sənə deyə bilmədim. Nəsə cəsarətim çatmadı. Amma daha içimdə də saxlaya bilmirəm. Bir gün şəhərə çıxmışdım. Hər tərəf gül-çiçək, səliqəli idi. Adam özünü lap Avropada hiss edirdi.
Amma bəzi gənclər özlərini çox qəribə aparırdılar.
Yəqin mən heç vaxt bəzi gənc cütlüklərin davranışını anlaya bilməyəcəm. Axı onların bəzi hərəkətləri insanlıq çərçivəsindən o qədər uzaqdır ki…
Skamyalarda, agaclıqlarda qız-oğlan münasibətlərini heç görmüsən?
Bilirsən, aydın hiss olunur ki, oğlanlar bu münasibətdə daha utancaq deyim, ve ya abırlı, yoxsa daha ehtiyatlı olublar.
Oğlan hələ ətrafa baxır, yad insanların arasında yaxınlarını görməkdən çəkinir – qızlar isə sanki qəfəsdən cıxmış kimi özlərini aparırlar.
Baxırsan qıraqdan və düşünürsən – axı necə bu skamyalarda, ağac dibində bir-birinə sürtünən insanla gələcəkdə sağlam ailə sahibi olacaqlar. Bu oğlan zərrə qədər də olsun bu xanıma etibar etmez, heç bir zaman arzulamaz ki, onun övladlarının anası olsun.
Sevgi… bu hissler ülvi, gözəl, yaşadıb-yaradan sevgi deyil…
Bu mənzərə daha çox heyvanat bağçasında rast gəlinən canlı aləmin sakinlərinin münasibətlərinə oxşayır…
Bəzi xanımlar cinsi əlaqəyə razı olaraq – ne öz gələcəklerini, nə də ki, umumiyyətlə gələcək deyilən anlamı düşünmürlər. Bir anlıq uçuruma atılırlar.
Bu qızlar çox gözəl. Səliqəli, zahirən çox tərbiyəli görünürlər. Amma etdiyi hərəkətlər, davranışları – sonra da çəkdiyi peşmançılıq hissləri – başqa bir təbəqənin insanlarına oxşayır.
Heç kim deməyib ki, intim münasibətlər yasaqdır, amma küçədə, parklarda bu davranış azından insan münasibətlərinə ziddir…
Hec itlər-pişiklər bu qeder açıq-aşkar heyvani istəklərini nümayiş etdirmirlər…
Halbuki onlar üçün nə cəmiyyət qanunu var, nə də vicdan…
Nəisə, əziz dostum… Rahatsız etdim səni…
Inşallah, daha gözəl xəbərlərlə bölüşürüz….
Bax bələ...
Öz tərəfimdən heç bir söz demək istəməzdim…
Məndən məlumat çatdırmaq…"
Fikir və düşüncələriniz varsa, yazın bura, şərhləriniz vasitəsilə müzakirə edək…