Qadin.NET / Ya həmişə, ya heç vaxt psixologiyası

Ya həmişə, ya heç vaxt psixologiyası

Ya həmişə, ya heç vaxt psixologiyası

Bu hal sizin özünüzü, digər insanları və hadisələri qütbləşmiş, əks siniflərə bölmə meylinizə işarədir. Ya bir işi çox gözəl edərsiniz, ya da heç bacarmazsınız, ya hər dəqiqə dayanmadan işləyərsiniz, ya da tənbəlsinizdir. Yaşanılan şeylər iki ayrı ucdadır, sadəcə qara, ya da ağ rənglər vardır, ara rəngləri heç olmaz. Depressiyada ikən böyük əksəriyyətiniz digərlərini ağ, özünüzü qara olaraq qiymətləndirirsiniz.

Ya həmişə, ya heç vaxt psixologiyası

Digər insanlar xoşbəxt ikən, siz xoşbəxt deyilsiniz. Digər insanlar başa çıxarlar amma siz edə bilməzsiniz, digər insanlar bacarıqlıdır, siz deyilsiniz. Qara ya da ağ düşüncələr, heç bir şeyin dərəcələndirilməsinə imkan yaratmaz. “ Mən tamamilə bacarıqsızam”, “ mən axmağam”, “ mən bəyənilməyənəm” ... Bu tər düşüncələr real deyildir. Çünki insanlar ya da durumlar, çox nadir olaraq tək bir deyimlə ifadə edilə bilir. Belə bir düşüncə tərzi həddən çox mükəmməllik düşkünü olduğunuzun bir ifadəsidir.

Ya həmişə, ya heç vaxt psixologiyası

Qarşınıza qoyduğunuz hədəflər reallıqdan kənar səviyyədədir. Belə olunca bu hədəflərə çatmama ya da gözlənilənin olmaması halı ilə tək başına qalarsınız. Bu da insanın qazanmaq şansının heç olmadığı bir oyundur. Bunu bilin ki, insanilk öncə özünü qiymətləndirməli, özünə hörmət etməli, özünə inamı yüksək olmalıdır. Əks təqdirdə bu həyatda addımlamaq çox çətin olar.

30 yanvar 2016
GO BACK