Sosial media artıq həyatımızın bir parçası halına gəldi. Prof. Dr. Bengi Semerci sosial medianın psixoloji təsirləri haqqında bizi məlumatlandırır. Sosial media artan internetlə birlikdə artıq həyatımızın bir parçası halına gəldi. Artıq mobil olaraq da internetdəyik. Sadəcə istədiyimizi axtarmaq, oyun oynamaq, film izləmək, xəbər oxumaq üçün istifadə etmirik. Mobil online ola bilmə sayəsində harda olursaq olaq, özümüzdən bəhs edə bilir, olduğumuz yeri paylaşa bilir, dava belə edə bilirik. Sadəcə sosial mediada olanlar deyil, olmayanlar da ondan bəhs edir. Sosial medianın gedərək artan istifadəsi eyni nisbətdə artan mübahisələrə də yol açır. Sosial media bütün dünyada pornoqrafiyanı geridə buraxıb. Bütün dünyada hər üç şəxsdən ikisi hər hansı bir sosial mühitdədir. 18-25 yaş, 82%-ni təşkil edir. Amma digərləri də az hesab edilməyəcək saydadır. Araşdırma nəticələri göstərir ki, sosial media istifadə edənlərin 60%-nin məqsədi digər insanların nə etdiyini görməkdir. Dost siyahısına daxil edilənlərin 82%-i real həyatdan, 60%- i dostlarının dostları, 29%-I tanımadıqları, 11%-i işlə əlaqəlidir. 2012-ci ildə hər beş dəqiqəsinin birini online olmağa tənzimləyənlər: 20% hər bir dəqiqədə 694.980 status yenilənməsi olur və 532.080 twitt atılır. Hər gün 250 milyon fotoqraf əlavə edilir və 35%-i şəxsin özünə aid fotoqraflardır.
Narsistiklərin və aşağı səviyyəli mənlik hörməti olanların social mediada keçirdikləri vaxt daha çoxdur. Sosial mediada çox zaman sərf edənlər digər insanların özündən daha yaxşı bir həyatı olduğuna inanır. 955 milyon aktiv istifadəçi ilə Facebook bir ölkə olsaydı, Çin və Hindistandan sonra dünyada ən çox insanın yaşadığı üçüncü ölkə olardı. 307 milyon üistifadəçisi ilə Youtube isə Çin və Hindistandan sonra əhali sayına görə üçüncü olardı. Həftədə bir milyon, gündə təxminən 400 min tvitt atılır. İnternet istifadəçilərinin sadəcə 65% -i e-mail istifadə etməkdədir. Sosial şəbəkə istifadə edənlər isə 68%-dir. 31 milyon istifadəçilə Türkiyə Facebookda ən aktiv yeddinci ölkədir. Türkiyə Avropanın internetdə ən çox zaman keçirən ölkəsidir.
Sosial medianın psixoloji təsiri.
İctimailəşmə sadəcə insanlarla bir yerdə olmaq mənasını vermir. İnsanlar başqa insanların həyatı ilə maraqlanar və öz həyatlarının hər detalını anlatmaq istəyərlər. Sosial media izləmə və dedi-qodu adətini artırdı. Pen Friend (məktub dostu və ya qələm dostu) miqdarını çoxaltdı. Xəyanətin ölçüsünü genişlətdi (Bir ekran qədər dar, amma dünya qədər geniş) Sosial media üzsüzlüyü artırır. Orada başqa birisi ola bilirsiniz. Başqasıyla üz-üzə danışarkən söyləyəməyəcəyiniz hər şeyi orada çox rahatlıqla deyə bilirsiniz. Əsəbləşdikdə qışqırmaq yerinə status yazırsınız. Təhlükələri artır. Orada şəxsiyyətsizləşməyə başlayırsınız. Tədbiri əldən verirsiniz. Əslə verməyəcəyiniz məlumatları paylaşırsınız. Qəzetlərin üçüncü səhifələrində internetdə tanış oldu deyə başlayan cinayət, təcavüz, şantaj xəbərlərini oxuyuruq. Yeni cinayətlər əmələ gəldi. İnternet günahlarından qorunmaq üçün qanunlara, özümüzü qorumaq yollarını öyənmək üçün qaydalara ehtiyac yarandı. Məhşurluq artdıqca dost sayı, təqib edən sayı artır. Məhşurluq dostluqdan vacib bir antipatik gücdür. Say çoxladıqca yalançı qəhrəmanlar yaranır. Üzləri, şəxsiyyətləri yox, zatən güvənib üzə çıxdıqlarında yox olurlar.
Televiziya kimi sosial media öz qısa müddətli şöhrətini yaradır. Həddən çox paylaşım sosial media ilə lüğətlərə girdi. Daha çox görülmə, daha çox duyulma istəyi. Seyricisiz paylaşım olmaz. İzləyənlər çoxaldıqca, təqib etmələri üçün daha çoxunu etmək: Nəticə olaraq eqo xoşhal olur. “Nə qədər çox insan təqib edirsə, o qədər yaxşıyam” duyğusu bəslənir və narsisizmə yol açır. Üz-üzə ünsiyyət azalıb, yalnızlıq artır. Sosial bağlılıq xəstəliyimiz oldu. Çatmadığı yerlərə getməyən, həyatını sərhədləyənlər var. Yetişmədiyi zaman yoxsulluğa, depressiyaya girənlər var. Sosial şəbəkə devrimlərimiz oldu. Kütlələri hərəkətə keçirən, böyk ictimai hadisələri təşkil edən məkana çevrildi. Amma hər sosial təşkilat müsbət olmur. Şayə yayaraq kütlələri fəlakətə sürükləmək mümkündür. İş yerlərində işləyənlər arası sakitliyi pozma, şirkət məlumatlarını paylaşma kimi yeni risklər yarandı. Heçmi faydası yoxdur? Tutqulu hala gəlməzsəniz, dostluq münasibətlərini davam etdirmə və xəbərləşmə üçün istifadə etmək faydalıdır. Təşkilat tanıtımı, reklam üçün çox yaxşı məkandır. Sağlamliq sahəsində işləyənlər sosial şəbəkənin mənfi təsirlərini mübahisə edərkən, bir tərəfdən müsbət yanlarını kəşf edirlər. Sosial şəbəkə istifadə edənlər problemlidirsə, bəlkə əlaqə yolu da ola bilər. Paylaşımlarına baxaraq, facebook yenilənmələrini təqib edərək xəstənizin vəziyyətini izləyə bilirsiniz. Xüsusi ilə riski çox olan qrupların, ən çox gənclərin izlənməsi və qiymətləndirilməsi üçün sosial mediada metodlar inkişaf etməyə çalışır. Totalitar sosial şəbəkələrdən bu cəmiyyətlərdəki fərdlərin bir-birinə necə bağlı olduğu, anlaşa bilir və cəmiyyətdə ümumi sağlamlığı və ruh sağlığını necə təsir edəcəyini araşdıra bilir. Misal üçün gənclərin riskli cinsi davranışları, hansı gənclərin daha riskli olduğu, yeniyetməlik dövründə sosial media münasibətləri ilə real dünya münasibətləri demək olar ki, eynidir. Kimlə və niyə münasibət qurduqları vacibdir. Yardım çağrışlarını və problemləri sosial şəbəkədə üzləmək mümkündür. İntihar cəhdlərini sezmə və anında müdaxilə etmək işləri var. Sosial şəbəkə həyatımıza girdi. İstifadəçi sayı artır. Yenilikdən uzaq qalmaq mümkün deyil, eyni zamanda doğru və sağlam da deyildir. Bu günü və uşaqlarınızın gələcəyi ilə ayaqlaşmaq üçün öyrənmək və istifadə etmək məcburiyyətindəsiniz. Amma... Kimlər daha çox istifadə edir, problemlər, təhlükələr daha çox mübahisə ediləcək. Lazımı hallarda sosial şəbəkəni istifadə edib, real ünsiyyətdən ayrılmamaq lazımdır. Çünki üz-üzə əlaqə və paylaşmaq inkişaf üçün vacibdir. Əgər virtul ünsiyyət canlı ünsiyyəti üstələyirsə, səhv yoldasınız. Həyatı qaçırmaq bir yana, gerçəklə olan əlaqəniz itə bilər. Varlığımız sadəcə virtual mühitdə isə varlığımızı sorğulamamız lazımdır.
Tərcümə: Aidə Mahmudova