Qadin.NET / Obsesiv, kompulsiv pozğunluqlar

Obsesiv, kompulsiv pozğunluqlar

Obsesiv, kompulsiv pozğunluqlar

 

Xalq arasında “təmizlik xəstəliyi”,“titizlik xəstəliyi” ,“nizam-intizam xəstəliyi” ,“sayma xəstəliyi” kimi ifadələrlə adlandırılan,dilimizdə tam qarşılığı “vərdiş-aludəçilik pozğunluğu” olan xəstəlikdir. Xüsusiyyəti “obsesiya,” “vərdiş” ya da “aludəçilik” deyilən, insanın səhv olduğunu bilməsinə baxmayaraq ağlına gəlməsinə mane ola bilmədiyi fikir, niyyət, ya da obrazlar olması, bunların yaratdığı çətinlikdən xilas olmaq üçün “kompulsiya” ya da “vərdiş” deyilən davranışların və ya fikirlərin olmasıdır.

 Qadınlarda və kişilərdə bərabər nisbətdə görülür. Genetik faktorlar xəstəliyin ortaya çıxmasında əhəmiyyətlidir. Hamiləlik və doğuşdan sonrakı dövr, bir qohumun itirilməsi və ya stress yaradan hadisələri OKP inkişafı və ya simptomlarının kəskinləşməsi baxımından riskli dövrlərdir. Əlamətlərin çox erkən yaşda başlamasına baxmayaraq əlamətlər uzun müddət bir şəxsiyyət xüsusiyyəti olaraq düşünüldüyünə görə həkimə müraciət orta hesabla 15 il sonra olur. OKP adətən xronikidir, zaman zaman xəstəlik əlamətləri çoxalır , zaman zaman azalır və bu vərdişlər zamanla dəyişə bilər.

Ən çox görülən vərdiş çirklənmə/yoluxma ya da təmizlik vərdişləridir. İnsan çirkli hesab etdiyi yerlərdən mikrob yoluxacağı ilə bağlı narahatlıq yaşayar, əli ilə görüşdüyü zaman, qapı qollarına, itimai nəqliyyat vasitələrində tutunma yerlərinə toxunmazlar. Dəqiqələrlə əllərini yuyarlar, saatlarla vannada qala bilərlər, təmizlədikləri yeri dəfələrlə təkrar təmizləyə bilərlər, həyat yoldaşı və ya uşağı evə gəldiyi zaman qapıda bayıra geydikləri paltarlarını dəyişmələrini, əllərini yumadan heç bir yerə toxunmamaqlarını istəyərlər. Əmin olmama və ya şübhə olması bir hərəkətin edildiyindən əmin olmama vəziyyətidir, “qapını kilidlədimmi,” “qazı bağladımmı,” “ütünü söndürdümmü” deyə əmin ola bilməzlər və bir neçə dəfə yoxlayarlar. Simmetriya və nizam vərdişləri olan şəxslər olduqları şəraitlərdə dağınıqlığı ortadan qaldırmadan, əşyaları simmetrik olaraq yerləşdirmədən dayana bilməzlər. Təkrar olunan şəkildə müəyyən sayda dua etmə, sayı sayma, müəyyən sözləri təkrar etmə, yazdıqdan sonra silib yenidən yazma şəklində vərdişlər də ola bilər.

Xəstəlik titizliyi yoluxucu xəstəliyə tutulma qorxusu şəklində ortaya çıxar (xərçəng, AİDS, zöhrəvi xəstəliklər kimi). Belə insanlarda daim əlaqəli vücud bölgəsinin yoxlanışı, tez-tez xəstəxanaya və həkimə müraciət,xəstəlik olmadığına dair sübut axtarışı olur.Saldırqanlıq vərdişləri olan insanlarda özünü və ya başqalarını öldürmə və yaralama fikirləri olur. Bu şəxslər bıçaq, qayçı kimi iti və ya kəsici əşyalarla eyni yerdə olmaqdan, digər insanlarla tək qalmaqdan, yüksək yerlərdə olmaqdan, yol kənarlarında olmaqdan çəkinə bilərlər. Qadın xəstələrdə doğuşdan sonrakı dövrdə uşağına zərər vermə qorxusu ola bilər. Ailə üzvləri və ya qohumları ilə cinsi münasibət qurmaq, 
homoseksual olmaq kimi utanc verici və qəbul edilməz şeylər etmək və ya bənzəri şeylər söyləmək qorxusu şəklində vərdişlər ola bilər. Bəzi insanlarda cəmiyyət içində ya da ictimai nəqliyyat vasitələrində qaz çıxarma,kiçik tualetini saxlaya bilməmə kimi narahatlıqlar ola bilər və bu səbəblə səyahətlərə çıxmaqdan çəkinirlər.

Müalicəsi


OKP dərman müalicəsi və ya davranış terapiyası ilə təsirli şəkildə müalicə etmək olar. Ən uğurlu müalicə hər ikisinin birlikdə tətbiq olunmasıdır. Dərman müalicələrinin təsiri daha qısa müddətdə başlayarkən, terapiyanın təsiri daha möhkəm olur. OKP digər psixiatrik xəstəliklərə görə müalicəyə daha müqavimətlibir xəstəlikdir. Bu səbəblə dərman müalicəsi daha yüksək dozalar və daha uzun müddət dərman istifadəsini tələb edir. Çünki dərman müalicəsinə cavab vermə müddəti də digər psixiatrik xəstəliklərdən çoxdur. Bu səbəblə həkim həkim gəzmək əvəzinə eyni klinikada mütəmadi olaraq həm dərman həm də terapiyanın planlaşdırılması təsirli bir müalicə üçün ən uyğun yoldur.

 Fuad Nəzərov

21 fevral 2017
GO BACK