Qadin.NET / Xarakterlə bağlı xəstəliklər

Xarakterlə bağlı xəstəliklər

Xarakterlə bağlı xəstəliklər

Aqressivlər

Əsəbləri ilə bacara bilməyən aqressiv adamlar həyatları boyu ciddi ürək xəstəlikləri ilə üz-üzə qalırlar. Aqressiv adamlar psixi xəstəliklərə də meyillidirlər.

Utancaqlar

İctimai yerlərdə özlərini rahat hiss edə bilməyən utancaq adamlar viruslara daha tez yoluxurlar. Bu cür adamların bakteriya və viruslara qarşı müqavimətləri də az olur. 

Xarakterlə bağlı xəstəliklər

Optimistlər (nikbinlər)

Nikbinlik ömrü uzadır. Qarşılaşdığı bütün problemlərə baxmayaraq, hadisələrə həmişə nikbin nəzərlərlə baxmağı bacaran adamlar bədbin adamlardan təqribən 7,5 il çox yaşayırlar.

Pessimistlər (bədbinlər)

Bədbin adamlar nikbin adamlarla müqayisədə daha az yaşamaqla yanaşı, parkinson xəstəliyinə də meyilli olurlar. 

Xarakterlə bağlı xəstəliklər

Dərdini içində saxlayanlar

Dərdini içində saxlayan adamlarda xərçəng və infarkt ehtimalı daha çoxdur.

İnsaflılar

Qarşısındakı insana qarşı insaflı davranan və bağışlamağı bacaran adamlar da uzun yaşayırlar.

Xaraktercə narahatlar

Narahat xarakterli adamlar təzyiq xəstəliyinə daha çox meyilli olurlar. 

Xarakterlə bağlı xəstəliklər

Ünsiyyətcillər

Gəzməyi, insanlar arasında olmağı, söhbət etməyi çox sevən adamların ürək xəstəliklərinə tutulmaq ehtimalı daha azdır. Bu cür adamlar xəstəliklərə qarşı asan mübarizə apardıqları üçün tez sağalırlar. Ancaq bununla yanaşı, onlar köklüyə meyillilikləri ilə də seçilirlər.

Zarafatcıllar

Deyilənlərin əksinə olaraq, zarafatcıllıq heç də uzunömürlülükdən xəbər vermir. Bunun əsas səbəbi isə belə adamların həyatdakı təhlükələri görməməzliyə vurmağa çalışmalarıdır.

Qısqanclar

Daha çox mədə-bağırsaq xəstəliklərindən əziyyət çəkirlər.

Kobudlar

Qara ciyər və öd kisəsində problem olan insanlar.

Sona Həmzəyeva
26 yanvar 2016
GO BACK