Qadin.NET / 100 il yaşamaq istəyirsiniz?

100 il yaşamaq istəyirsiniz?

100 il yaşamaq istəyirsiniz?

Hər kəs 100 il yaşamasa günah onun maşınla gəzməsindədir.

Müasir zamanda insan sağlamlığı üçün ən böyük təhlükə yaradan amillərdən biri oturaq həyat tərzidir. 

Təəssüflər olsun ki, indi bir çox insanlar ən qısa bir məsafəni belə şəxsi avtomobilləri, yaxud da ictimai nəqliyyat vasitələri ilə qət etməyi daha üstün tuturlar. Ancaq bu fikirdə olan insanlar piyada gəzməyin insan sağlamlığı üçün faydalarını biləndən sonra yəqin ki, fikirlərindən az da olsa, daşınacalar. Xüsusilə idmanla məşğul olmağa vaxtı və həvəsi olmayan insanlar üçün piyada gəzmək daha vacibdir.

Bədənin normal formada qalmasını istəyənlər daha çox piyada gəzməlidirlər. Sürətli və templi gəzinti əzələləri möhkəmləndirir, bədən quruluşunu normal saxlayır, artıq çəkinin yığılmasına imkan vermir.

100 il yaşamaq istəyirsiniz?

Piyada gəzmək ürək-damar sistemi üçün olduqca faydalıdır. Gəzinti zamanı qan dövranı yaxşılaşır, beyin və digər orqanlar oksigenlə daha yaxşı təchiz olunur.

Əhvalın xoş olması, stressin və gərginliyin aradan qaldırılması üçün gəzinti ən yaxşı vasitədir.

Gündəlik gəzinti insanı cavan və gümrah saxlayır, qocalma prosesini ləngidir.

Piyada gəzmək tənəffüs yolları üçün xüsusilə xeyirlidir.

Həzm sisteminin fəaliyyətinin yaxşılaşmasında da piyada gəzməyin faydası çoxdur.

Piyada gəzməyin görmə qabiliyyətinə də müsbət təsiri var.

100 il yaşamaq istəyirsiniz?

Piyada gəzmək orqanizmin immun sistemini gücləndirir, müqaviməti artırır ki, bu da xəstəliklərə qarşı mübarizədə ən effektli vasitələrdən biridir.

Sağlam və dərin yuxu arzulayanlar axşam gəzintisinə vaxt ayırsalar, istəklərinə nail ola bilərlər.

Sağlamlığınız üçün sürətli gəzintiyə üstünlük verməlisiniz.

Yaradıcı insanlar üçün piyada gəzməyin özəl faydası var. Çünki gəzinti zamanı insan daha dərindən düşünə bilir.

Müntəzəm olaraq gün ərzində 30-40 dəqiqə piyada gəzməklə orqanizminizdə baş verən müsbət dəyişikliklərin şahidi olacaqsınız. Sağlam və gözəl olmaq üçün gəzintiyə vaxt ayırın, bir həqiqəti dərk edin ki, 100 yaşına gedən yollar maşın üçün nəzərdə tutulmayıb.

Məlahət Tağıyeva

18 iyul 2015
GO BACK