Qadin.NET / Məktəbli ailələrinə mütəxəssis məsləhəti

Məktəbli ailələrinə mütəxəssis məsləhəti

Məktəbli ailələrinə mütəxəssis məsləhəti

Şagirdlər üçün artıq yay tətilinin sonlarına gəldiyimiz bu günlərdə ilk dəfə baxçaya və ibtidai məktəbə gedəcək olan uşaqların ailələrinin bəziləri üçün çətin bir dövr başlayır.

Bəzi uşaqlar məktəbə getmək üçün həyəcanla can atır, bəziləri üçün bu müddət bir az çətin olur. Xüsusilə analar bu vəziyyət qarşısında nə edəcəklərini bilməyərək çətin zamanlar yaşayırlar.

Motivasiya Psixoloji Xidmətlər Ailə Məsləhətləşmə Mərkəzi mütəxəssisi Akdemir Gandur baxça və ibtidai məktəbə ilk dəfə gedəcək uşaqların ailələri üçün olduqca faydalı məlumatları bölüşdü. Bu əhəmiyyətli məlumatları sizlərə təqdim edirəm.

Baxçaya ya da ibtidai məktəbə yeni başlayacaq uşağı olan ailələrin, uşaqlarının öyrəşmə və uyğunlaşma müddətlərinə dair narahatlıqları vardır. Əgər sizin də uşağınızın məktəbə başlamasına və uyğunlaşmasına bağlı narahatlıqlarınız varsa, bu yazını diqqətlə oxuyun.

A. Gandur hər yeni təhsil və tədris ilinin başlaması ilə birlikdə uşaqlar və ailələr üçün çətin olan bu dövrdə uşaqlarda bəzən gözlənilən bəzən də gözlənilməz reaksiyalar müşahidə edilir.

Baxçaya getməyin məqsədinin uşağı ibtidai təhsilə hazırlamaq olduğunu ifadə edən Gandur, bu baxımdan baxıldığında əslində uşaq baxçaya nə qədər hazır deyilsə, əslində o qədər çox məktəb əvvəli təhsil alması lazım olduğunu; əgər uşaq anasından ayrıla bilmirsə, özünün bacarıqlarını inkişaf etdirə bilmirsə, qaydalara uyğun hərəkət etməkdə çətinlik çəkirsə, davranış problemləri varsa, dil inkişafına bağlı problemlər yaşayırsa, xüsusi təhsil almağa başlamazdan əvvəl məktəb əvvəli təhsilə başlamasını, ailənin 2-3 ay uşağı müşahidə etdikdən sonra bu çətinliklər aradan qalxmırsa, mütəxəssislərə müraciət etmələrini təklif etdi. 

Məktəbli ailələrinə mütəxəssis məsləhəti

Gandur ailələrə istiqamətli xəbərdarlıqlarına belə davam etdi;

"Məktəbə ilk addım müddətini asanlaşdırmaq üçün, ana- ataların əvvəlcə özlərindən əmin olması, öz aralarında dəqiq və tutarlı davranmaları və həm pedaqoqlara, həm də mütəxəssislərə güvənmələri olduqca əhəmiyyətlidir.

Bəzən uşaqlar məktəbə getmək mövzusunda ailələrinə çətin saatlar yaşada bilərlər. Ana və atalar uşaqlarını məktəbə apararkən ya da məktəbdən götürərkən uşaqlarının müxtəlif etirazları ilə qarşılaşa bilərlər. Uşaqların məktəbə getməyi rədd etmələrinə bəzən baş və mədə ağrısı ya da ürək bulanması kimi fiziki şikayətlər də əlavə oluna bilər. Bu səbəbdən gedəcəyi məktəb dəqiqləşdikdən sonra, məktəbdəki adi bir gününün necə keçəcəyi mövzusunda uşağınızı məlumatlandırın. Uşağınızın başındakı naməlumluq nə qədər az olsa, ilk günləri o qədər rahat keçəcək. Ona bir çox şey öyrənəcəyini, yoldaşları ilə birlikdə yeni məlumatlar əldə edəcəklərini söyləyin.

İlk gün məktəbə anası və atası ilə birlikdə gedən uşaq özünü daha çox etibarda hiss edər. Ailələrin çox əhəmiyyətli bir işi yoxdursa, məktəbin ilk günü uşaqlarına yoldaşlıq etməlidirlər. Hətta əgər mümkünsə məktəbdən çıxan vaxtlarında yanlarında olmaqla uşaqlarını xoşbəxt edərlər. Məktəbdən sonra ailə ilə birlikdə vaxt keçirmək (yeməyə getmək, parkda oyun oynamaq kimi) və məktəbin ilk günü haqqında sorğulayıcı olmadan söhbət etmək uşağı rahatlaşdırar."

Gandur məktəbə başlamağın zehni, fiziki, emosional və sosial baxımdan formalaşmış və yetkinlik gərəktirdiğini deyib. Bunu uşağın inkişaf səviyyəsi ilə əlaqədar olduğunu da vurğulayıb.

4 iyun 2015
GO BACK