Qadin.NET / Depresiyaya yox deyin!

Depresiyaya yox deyin!

Əhval ruhiyəni hər şey poza bilər. Çox adam deyir, gün səhərdən başlayır. Bu fikirlə razılaşmıram. Axşam yatağa uzandıqda yaxşı şeylər haqqında fikirləşin. Arzularınızı, xəyallarınızı pozitiv istiqamətə yönəldin. Inanın ki, bu insanın birinci gördüyü yuxulara təsir edir. Gəlin bu haqda iki dəfə fikirləşək:

 1. Axşam dəhşətli yuxu görmüşəm. Hal-hazırda oyanmışam, amma bütün fikrim gördüyüm yuxuda qalıb, fikirliyəm. Yəni mən bu günə artıq, necə deyərlər yüksək əhval ruhiyə ilə başlamadım.

2. Axşam çox yaxşı yuxu görmüşəm və indi yüksək əhval ruhiyə ilə qorxmadan yuxum haqqında fikirləşə bilərəm.

Yadımda deyil bu hansı filosofun sözüdür: özünü sevməyən insan heç kimi sevə bilməz. Haqlısınız, çox adam bu fikirlə razılaşmaya bilər. Ancaq gəlin bu haqda bir daha fikirləşək. Mən öz xarici görünüşümə fikir verməsəm, nə qədər savadlı, istedadlı olsam da, insanlarla əla ünsiyyət qurmağı bacarsam da bir qədər ikinci plandakı adam olacağam. Niyə? Nə qədər əsas daxili gözəllikdir, desək də heç kimə sirr deyil ki, göz gözəlliyi sevir. Gözəllik sözü çox adamı qorxudur. Bu ən adi bir şey ola bilər: baxımlı saçlar, sadə, lakin yaraşan kosmetika, dəbə uyğun və ya sadəcə mənə çox yaraşan geyim. Bəs yaxşı, mənə təriflər deyən və ya məni tənqid edəcək nəyin yaraşıb yaraşmadığını deyəcək məsləhətçi kim olsun? Sizcə o kimdir və ya nədir? Hər birimizin evində olan güzgü. Güzgü yeganə vasitədir ki, sizin dediyinizi daim təsdiqləyir. Bəli, bu həqiqətən mənə yaraşır, deyirsinizsə, əmin ola bilərsiniz, güzgü bunu təsdiqləyəcək. Güzgüyə baxaraq çalışın, özünüzə təriflər deyin. Bu əhval ruhiyəni xeyli artırır.

Depresiyaya yox deyin!

Istər evdar xanım olun, istərsə də işgüzar. Təsəvvür edin, gün boyu çalışmısınız: uşaqları məktəbə və ya uşaq bağçasına apar, işə gecikmədən çat və ya evə qayıt, ev işləri gör. Qısası bütün günü oturmadan çalış. Həyatım qədər sevirəm, dediyimiz insanlar üçün qəşəng dadlı yeməklər hazırla. Indi isə hamının süfrə arxasına yığılmasını və bu dadlı yeməkdən yeyərək bizə, bəh-bəh çox gözəl yeməkdir; əllərin dərd görməsin; harda yemək yesəm də sənin bişirdiklərinin öz yeri var, demələrini gözləyirik. Amma gəl gör ki, həmişə belə olmur. Süfrə arxasındakıları da qınaq hədəfinə çevirmək lazım deyil. Ola bilər ki, yoldaşınızın işdə problemi olub, uşaqların yanında bildirmək istəmir, yəni bəlkə də heç yeməyin dadını belə hiss etmir və uşaqlar bu dəqiqə ancaq ayın sonunda verəcəkləri imtahan haqqında fikirləşirlər və ən nəhayət bəlkə də balacanızı uşaq bağçasında müəllimi danlayıb. Uzun sözün qısası: hər zaman gözlədiyimiz tərif atəşinə tutulmaya bilərik. Ona görə də yeməyimizi hazırlayarkən və ya az miqdarda dadına baxarkən nə etməliyik?

Depresiyaya yox deyin!

Özümüzü tərif atəşinə tutmalıyıq. Məsələn, halal olsun mənə gör necə dadlı bişirmişəm; 40 ilin aşbazı belə mənim kimi bacarmaz və s. Çalışın, bu tərifləri özünüz eşidə biləcəyiniz səslə deyin. İnanın bu insana çox müsbət təsir göstərir.

 

    Müəlllif: Samira Qasımova

17 may 2015
GO BACK