Qadin.NET / Düşüncə qabiliyyətimizi inkişaf etdirək

Düşüncə qabiliyyətimizi inkişaf etdirək

Düşüncə qabiliyyətimizi inkişaf etdirək

Məsələn uşaq suya daş atır, daş suya batır, ikincisini atır, o da batır. Artıq uşaq anlayır ki, üçüncü daşı atsa, o da suya batacaq. Beləliklə, uşaq bu nəticəyə gəlir ki, bütün daşlar suda batır. Deməli öz təcrübəmizdən çıxardığımız nəticə bizim düşüncə qabiliyyətimizdir. Düşünmək qabiliyyəti olan insan ətrafındakıləri müşahidə edir, başa düşür, keçmişin izahını verir, gözlə görünməyən şeyləri görür, yaşadıqları hadisələrin səbəblərini beynində qurur. Yaxşı və ya pis düşünmək bizim öz əllərimizdədir. Düşünmək bəzi insanları ətrafdaki hadisələrə qarşı möhkəm edir, bəzən isə zəiflədir. Düşünmək insana Allahın bəxş etdiyi sərvətdir. Ondan gözəl istifadə etmək lazımdır. Bəzi insanlar düşüncə tərzini pis və yaramaz işlərə, bəziləri isə gözəl işlərə sərf edir. Bu insanın dünyagörüşündən asılıdır. Yəni ağıllı insan yaxşı şeylər düşünər. Çünki yalnış düşünən insanların sonu belələrinə artıq məlumdur. Sözüm bundadər ki, insan hər şeyi düşünərək əldə edir. Yaxşı düşünən insanlar daim rahat, sakit, dinc və xoşbəxt olurlar. Pis düşüncəli insanlar isə daim birilərinin paxıllığını çəkər, birilərinin xoşbəxtliyini qəsqanar, ürəkləri daim pislik və qısqanclıqla yanar. Gözəl düşünə bilmədikləri üçün məğlub olarlar.

Düşüncə qabiliyyətimizi inkişaf etdirək

Xoşbəxt olmağın 5 qızıl qaydası
1) Xoşbəxt olmaq istəyirsinizsə, işlətdiyiniz heç bir cümlədə "mışlar" şəkilçisi olmasın. Yəni başqaları haqda danışmaq və onların eyibləri haqda düşünmək heç də doğru deyil. Başqaları haqda pis fikirli olan insanlar xoşbəxt ola bilməzlər. İnsanların xətalarını görə bilərik, amma tövbələrini eşitməmiş ola bilərik. Peşman olacağınız sözləri əsla söyləməyin, yoxsa ömür boyu vicdan əzabı çəkərsiniz. Düşünün yenə də...
2) Paxıllıq çəkmək insanı həmişə üzər, sıxar, narahat edər. Əlbəttə hamımız həyatda bir dəfə də olsun "niyə?" sualını özümüzə vermişik.  Baxın, Allah bir qapını bağladıqdan sonra digərini açar. Şükür etməyi bacarmalıyıq. Betərin betəri var. Unutmayaq bunu. Allah sizi hər səhər oyandırmağı unutmur çünki.
3) Sevgi dolu bir ürək. Hər zaman xoşbəxtliyin dəyişməz qızıl qanunu. Sevmək qəlbi yumşaldar, gözəl düşüncə bəxş edər qəlbimizə. Sevin ki, seviləsiniz. Sevin ki, ürəyiniz təmiz olsun. Sevmək gözəldir. Unutmayın.
4) Günə tez başlayın. Unutmayın ki, hər vaxtınız qızıldır. Bir saniyənizi belə boş keçirməyin. Həyatı dolu dolu yaşayın. Özünüzə daha artıq zaman sərf edin. Düşüncənizi inkişaf etdirin. Bu əsas qaydadır. İdman edin, gəzməyə gedin, hava alın, ailənizlə keçirdiyiniz hər saniyəyə dəyər verin. Çünki bir gün peşman ola bilərsiniz. Optimist olun...
5) Sözü deməzdən əvvəl bir daha düşünün. Əsəbi olduğunuz zamanlarda qərar verməyin. Üzgün olduğunuz zamanlarda belə gözəl düşünün. Birinin qəlbini qırmaq gözəl deyil. Bu həm sizi üzər, həm də pis düşünməyinizə səbəb olar. Bir daha düşünün...
Düşüncə qabiliyyətimizi inkişaf etdirək
Emosiyalar həyatımızı bəzəyir
Emosiyalar bizim həyatımızı həqiqətən bəzəyir. Emosiya nədir? İlk öncə onu deyim ki, emosiyalar düşüncələrimizi ifadə etmə tərzidir. Saf və təmiz insanlar emosiyalarını daha yaxşı ifadə edə bilir. Məsələn, yaxşı insanlar yalan danışdıqda bunu biruzə verir. Bəzilərində bu üz qızartısı, bəzilərində dodaqdakı hərəkətlər və s. Yəni hər yaşadığımız və düşündüyümüz hadisə emosiyamızla ifadə olunur. Ciddi və güclü insanlar emosiyalarını biruzə verə bilmir. Uğur, müvəffəqiyyət, eşq, pul, iş, həyat və s. kimi istəklərin reallaşması insanı çox sevindirir. Sevindikdə isə bəzən özümüzə daha artıq dəyər verməyə başlayırıq. Ancaq hər şeyi yerində və qədərində dəyərləndirmək lazımdır. İradəmiz bu mərhələdə bizə kömək edəcək. Hər bir insanın müəyyən istək və arzuları var. Amma onlarında bir qədəri bir nöqtəsi var. İradə insanın  hər hansı bir şeyi istədiyi qədər yox, ona lazım olan qədər istifadə etməsidir. 
Gözəl düşünək əziz xanımlar, həyat gözəldir.

 

11 may 2015
GO BACK